Zumrud Haqverdiyeva

Uşaqlarda psixi inkişaf ləngiməsi nədir? – “SEANS VAXTI”

Baxış sayı: 332

İdrak proseslərin; təfəkkür, təxəyyül, nitq, qavrayış, hafizə, diqqət; sosial-emosional sferada uşağın yaşına uyğun inkişaf göstəricilərin olmaması-psixi inkişaf ləngiməsidir. Yəni bioloji yaşla psixoloji yaş üst-üstə düşmür.

Müraciət edən valideynlərin ən çox verdiyi suallar vardır. Onlardan ən çox ünvanlanan sual: “Mənim uşağım danışmır” “Ata, ana deyir sadəcə”,  amma hər şeyi başa düşür. Hər şeyi başa düşdüyü halda niyə danışmır? Uşağın nitqi birbaşa onun zəkası ilə bağlıdır.  Zəka inkişaf etdiyi qədər nitq irəliləyir. Keçirilən yoxlanışdan sonra öz yaşından geri qaldığı müəyyən edilir.

Yalnız nitqi deyil də, sosial-emosional sferada, böyük-kiçik motorikasında da geriləmə olur.

valideyn

Nə zaman mütəxəssisə müraciət etmək lazımdır?

Təbii ki kiçik yaşlardan müraciət etdikdə nəticə almaq bir o qədər tez olur. Nəticədə, tez bir zamanda nitqi bioloji yaşına uyğun olaraq formalaşır.

Uşağın inkişafını düzgün yoxlamaq üçün xüsusi testlərdən istifadə olunur. Bu testlər müxtəlifdir, hər bir mütəxəssis özünün ixtisaslaşdığı və validliyi yoxlanılmış testlərdən istifadə edir.

 

 Zümrüd Haqverdiyeva

Peşəkar Psixoloqlar İctimai Birliyi“nin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir