UZ

Üzdə yaranan şişkinliyin səbəbləri

Baxış sayı: 483

Bəzən səhər yuxudan oyananda üzdə şişkinlik müşahidə edilir. Bunu yorğunluqla əlaqələndirənlər və bir müddət sonra ötüb-keçəcəyini güman edənlər olur. Lakin həmin şişkinliklərin müəyyən səbəbləri var. Yeməyi duzlu yemək, normadan çox maye qəbul etmək də buna səbəb ola bilər.

Məsələyə münasibət bildirən həkim-terapevt Arzu Musayeva aşağıdakıları dedi: “Üzdə olan şişkinliyin qarşısını almaq üçün ilkin olaraq etioloji faktorlar araşdırılmalıdır. Bu, qalxanvari vəzin funksional pozğunluğundan da irəli gələ bilər. Müalicənin müddəti hər bir halda orqanizmin aparılan müalicəyə verdiyi cavab reaksiyasından asılıdır”.

Mütəxəssislər deyirlər ki, bədəndəki şişkinliyə görə müraciət edənin hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyənləşdirmək olar. Şişkinliyə allergiya, hormonal pozğunluq, böyrəklərin zəif işləməsi, ürəyin zəif vurması, hədsiz çox su içmək və düzgün qidalanmamaq da səbəb ola bilər.

Xəstədə somatik problem olduqda, yəni orqanizmdə hər hansı bir xəstəlik varsa, həkim müalicəsi nəticəsində həmin problemləri aradan qaldırmaq lazımdır. Əgər orqanizmdə həmin problemlər yoxdursa, onda kosmetoloqa müraciət edilməlidir.

Kosmetoloq Səidə Məmmədovanın dediyinə görə, şişkinlik zamanı gözaltı torbalar hipolitiklərlə əridilir, yorğun yanaq sindromunu isə bəzi prosedurlarla aradan qaldırmaq və korreksiya etmək olur.

Problemdən qurtulmaq üçün düzgün həyat tərzi sürmək, yeməklərdə duzun miqdarını azaltmaq, yatmazdan 4 saat əvvəl qida qəbul etməmək məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir