Zumrud Haqverdiyeva

Xanımlar bəyləri daha yaxşı anlamaq üçün bunları bilməlidirlər – “SEANS VAXTI”

Baxış sayı: 396

Kişiləri anlamaq əksər qadınlara çətin görünə bilər. Hadisələr qarşısında  kişilərin yanaşmaları fərqlidir. Bu fərqlərin bəzilərini başa düşmək sağlam, xoşbəxt  ünsiyyət qurmaq üçün vacibdir.

 

1) Davranışlarını həddindən artıq düşünməyin.

Kişilərin çoxu gizli mesaj göndərmir. Əgər o, sizdən xoşu gəlirsə və münasibət qurmaq istəyirsə, o, sizə açılacaq. Bu səbəbdən onun davranışına məna verməyə çalışmayın.

 

2) Sizin yanınızda olmaq istəyirsə, arxanızca gələcəkdir.

Bir bəy sizinlə münasibət qurmaq istəsə, arxanızca gələcək və sizə sədaqətini göstərəcək.

 

 3) Zehni oxuya bilmədiyinizi bildirin.

Qarşınızdakı bəyə  nəyi bəyəndiyinizi və ya bəyənmədiyinizi açıq şəkildə ifadə edin. Onların hərəkətlərinizi başa düşməsini gözləməyin.

 

4) Açıq olun

“Hər gün sevdiyiniz insanla yaşasanız, həyatınızda nə fərqli olardı?, Emosional dəstəyə ehtiyacınız varmı?, Bir bəyin sizə nə verməsini istərdiniz?” kimi suallara cavab verərkən: bunu sevdiyiniz oğlanla paylaşın. Beləliklə, hədəfləriniz və xəyallarınız haqqında   açıq olun.

 

5) Sizdən fərqli yanaşmaları olacağını bilin.

Bəyin fərqli cəhətlərini sizdə kəşf etməyə çalışın.

 

6) Necə  ünsiyyət qurduğunuzu anlayın.

Onun həm sevgiliniz, həm də ən yaxşı dostunuz olmasını istəyə bilərsiniz, amma unutmayın ki, qarşınızda bir bəy var. Çünki o, sizinlə yaxın bir qadın dostu kimi ətraflı danışmaq istəməyəcək. Aranızdakı ünsiyyətin bu tərəfini anladığınız zaman daha möhkəm  bir əlaqə quracaqsınız. Odur ki, hisslərinizi bölüşün və ondan nə düşündüyünü soruşun ki, onun başa düşməsi daha asan olsun.

 

7) Ona sizi nə xoşbəxt etdiyini söyləyin.

Bəy  nə istədiyini bilən və bunu ona çatdıra bilən qadından xoşlanır. O, sizə sevinc gətirən bir iş görəndə minnətdarlığınızı bildirin. Bunu etdiyiniz zaman həyatınızda olan bəyin özünə və münasibətinə daha çox güvəndiyini görəcəksiniz.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir