plov

Yağlı xəmirdə plov necə hazırlanır?

Baxış sayı: 429

Tərkibi:

1 bağlama hazır yağlı xəmir

2 ədəd iri toyuq budu

1,5 st. noxud

1 ovuc ərik qurusu

1 ovuc qara gavalı

500 q düyü

2 baş soğan

1 bolqar bibəri

200 q kərə yağı

2-3 ç.q. sarıkök

zirə

nar

duz

istiot

 

Hazırlanma qaydası

Noxudu gecədən soyuq suda isladın. Sonra isə azca duzlu suda tam hazır olanadək bişirin. Düyünü duzlu suda sarıkök əlavə etməklə bişirin, süzün. Ərik qurusu və qara gavalını isladın. Toyuq ətinin dərisini soyub doğrayın, 100 q kərə yağında soğan və bolqar bibəri ilə birlikdə qovurun, zövqə görə duz, zirə və ya başqa ədviyyat vurun. Yağlı xəmirin donunu açın, iki iri lavaş yayın. Sinini kərə yağı ilə yağlayın. Xəmiri içinə döşəyib onu da yağlayın. Düyünü əlavə edin, üzərinə ərinmiş kərə yağı gəzdirin. Üstünə noxudu və doğranmış əriklə qara gavalını düzün. Qovrulmuş toyuq tikələrini bərabər qaydada üstünə düzün, tavada qalan yağı da üstünə gəzdirin. Turşməzə olması üçün nar dənələri səpin. O biri xəmiri üstünə çəkin, kənarlarını səliqə ilə qatlayıb altdakı xəmirlə bərkidin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə dəmləyin. Hazır plovu sobadan çıxarın, iri buludu sininin ağzına tutub tərs çevirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir