Geyim

Yayın dəyişməz romantikası yenidən trenddə

Baxış sayı: 420

2023-cü ilin yayında volanlı və “fırfırlı” romantik sarafanlar getdikcə daha çox populyarlaşır. Səbəblərdən biri odur ki, bu trend planetin bütün modapərəstlərini ələ keçirib. Və bu, həm də supərisinin üslubunu xatırladır.

Paltarlardakı dinamik detallar nağıl qəhrəmanının quyruğunun siluetinə istinad edir, onlar suyun altında üzən üzgəclər kimi, küləkdə zərif hərəkət edir. Lakin bir məsələ var ki, volanlar bədən quruluşunu olduğundan daha kök göstərə bilər.

 

Bəs seçim edərkən nələrə diqqət etməliyik?

Əvvəlcə materiala diqqət yetirməlisiniz. Yüngül təbii parçalara üstünlük verin, pambıq və ya ipək kimi. Onlarda hədsiz isti olmayacaq, yüngül volanlar isə istənilən axıcı effekti yaradacaq. Cəsur modapərəstlər 2023-cü ilin yayının əsas tendensiyalarından biri olaraq qalan şəffaf materiallara üstünlük verə bilərlər. Romantik tor dekorasiyalı paltarlar əlbəttə ki, dəniz estetikasına uyğunlaşacaq, volanlar isə intim yerləri asanlıqla örtəcək. Bu cür modellər ziddiyyətli çimərlik geyimləri ilə ilə xüsusilə uğurlu görünurlər.

Belə bir məhsul istənilən rəngdə ola bilər. Əgər sizin üçün volanlar uşaq geyimlərinə aid olan sadəlövh bir üslubun atributlarıdırsa, ağ və ya konfet çalarlarında dayanın. Onlar ideal yay əhval-ruhiyyəsini yaradacaqlar. Sizi belə bir paltar almağa Hollivudun supərisi haqqında çəkilən yeni filmi ilhamlandırıbsa, dəniz estetikası ilə əlaqəli çalarlara baxın: bənövşəyi, mavi və ya firuzəyi. Əlvan parçalara da laqeyd qalmayın. Ancaq tor modelləri qara ola bilər. Naxışlardan qorxmayın – klassik kiçik nöqtələri və ya abstrakt xətləri seçə bilərsiniz. Əsas odur ki, naxış çox böyük, zolaqlar isə üfüqi olmasın: bu cür naxışlar sizi vizual olaraq bir neçə kiloqram kök göstərə bilər.

Fırfırlı paltarların sizi kök göstərməsinin qarşısını almaq üçün dekorun nədən hazırlandığını və harada yerləşdiyini izləmək vacibdir. Formalarını saxlayan variantlardan imtina edib üstünlüyü dinamik yumşaq verisyalara verin. Birincilərdən fərqli olaraq, onlar silueti daha həcmli göstərməyəcək, eyni zmanda lazımi hissələri vurğulayacaqlar. Diqqət edin ki, fırfırlar əlavə həcmə ehtiyacınız olmayan yerlərdə olsun, məsələn, beldə və ya ayaqlarda. Bədən tipinizdən asılı olaraq, sizə ən uyğun olanı üzərində dayanın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir