Zumrud Haqverdiyeva 1

Yeniyetmələrdə əqli inkişaf hansı səviyyədə olur? – “SEANS VAXTI”

Baxış sayı: 443

Yeniyetmədə cinsi və fiziki olaraq dəyişikliklərlə yanaşı, zehni qabiliyyəti də inkişaf edir. Zehni qabiliyyətin inkişaf etməsi, onun dünyagörüşü üzərində təsiri uzunmüddətli olur. Onun düşünmə prosesi dəyişir. Gələcəklə bağlı fikirləşir, mücərrəd fikirlərinin təsirinə məruz qalır. Onu da qeyd edək ki, emosional olaraq qərar vermə daha çox üstünlük təşkil edir. Məntiqi olaraq qərar vermə yeniyetmədə hələ formalaşmayıb. Onun üçün də yetişkinlə ortaq qərara gəlməsin də demək olar, əksər yeniyetmə problem yaşayır.

Mücərrəd düşünməsi isə getdikcə artır. Onun üçün də valideynlər məktəbdə, övladını maraqlandıran mövzular üzərində mücərrəd düşümmə bacarığının sərhədlərini genişləndirə biləcək debatlarda daha çox yer verməlidir.

 

Valideynlərə necə tövsiyələr vermək olar?

1) Övladınızın dostları ilə tanış olun və sizdə dost olun.

2) Məktəb həyatı ilə maraqlanın.

3) Tez-tez, yersiz, tənqid etməyin.

4) Övladlarınız arasında ayrıseçkilik etməyin.

5) İnternetdən istifadə də belə yaxşı vərdişlər qazandırın.

6) Övladınızın müəllimləri haqqında müsbət və mənfi fikirləroi ilə maraqlanın.

7) Ehtiyatı olduğu qədər pul verin.

8) Dərsləri ilə yanaşı, vaxtında asudə zamanının olmasına diqqət edin.

9) Dərsə gedib -gəlməsinə diqqət edin.

10) Maddi vəziyyətiniz yaxşı olmazsa, bunu övladınıza soyuq münasibət göstərməklə ifadə etməyin.

11) Övladınızın məsuliyyətini dərk edin və boyun qaçırmayın.

12) Unutmayın övladınızın hər zaman diqqət və qayğıya ehtiyacı vardır.  Bunun üçün başqalarını düşünmək yerinə, ilk öncə onu düşünün.

13) Övladınıza Maddi dəyəri yüksək olan hədiyyələr almaqla, buna vərdiş etdirməyin.

14) Övladınıza hər hansı edəcəyi bir işin qarşılığında şərtlər kəsməyin.

15) Övladınızı öz bacı-qardaşı vəya digərləri ilə müqayisə etməyin.

16) Övladınıza bir şəxsiyyət olaraq yanaşın. O robot deyil, onun da düşüncələri, duyğuları vardır.

17) Yarım qalmış arzularınızı övladınızı məcbur etməklə tamamlamağa çalışmayın.

 

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir