yuuxuda at

Yuxuda at görmüsünüzsə… – “YUXUYOZMA”

Baxış sayı: 444

Yuxular vasitəsilə, bizə həyatımızla bağlı mesajlar verilir. Bizi gələcəkdə nə gözləyir, başımıza nə gələcək, nə zaman sevinəcəyik, kədərimiz nə qədər uzaqdadır? Yuxuda gördüyümüz hər şey bizə bir işarədir. Yuxudan duran kimi hər birimiz yuxuda gördüyümüz nəsnələrin mənasını axtarırıq. Yuxularımızı bəzən özümüz yozmağa çalışırıq.

Məsələn, at görəndə deyirik ki, “At muraddır. Arzumuza çatacağıq”.

Bəs həqiqətən yuxuda at görmək nə məna verir?  Əgər sizin üçün də maraqlıdırsa, yaxın gəlin. “Gencaile.az” saytının “Yuxuyozma” rubrikasında məhz bu haqda danışacağıq.

Yuxuda at görmək, birindən bahalı hədiyyə alacağınıza işarədir. At, varlı olmaq və zənginik deməkdir. At; xeyir-bərəkət, hökmdarlıq, böyüklük deməkdir.

Yuxuda at minən şəxsin işində yüksəlişlər gözlənilir. Bəzən isə, at minmək, səfərə getmək kimi yozulur. Eyni zamanda at minmək, düşməni məğlub etməyə işarədir. Atdan düşmək isə, yaxşı əlamət deyil, kədərlənəcəyinizə işarədir.

 

Yuxuda at görmək, nə anlama gəlir?

at

Yuxuda at, gözəl evdir.

Yuxuda quyruğu və ayaqları qızıldan olan at, dindarlıqdır. Ruzi bərəkətdir, at.

Yuxuda atın böyük quyruğunu görmək, övlad və qohum əqrəbanın çoxluğuna işarədir.

Yuxuda at; bolluq, bərəkət, zənginlik işarəsidir. Həyatda çox bacarıqlı olacaqsınız. Həyatınızın sevgisini nəhayət ki, tapa biləcəksiniz.

Ağ at görmək, dövlət tərəfindən veriləcək mala və etibara işarədir. Yuxusunda ağ ata minən şəxs, kədərlənəcək.

Yuxuda ağ-gümüşü at görmək, xeyir işlərin arxasınca qaçmaq deməkdir.

Yuxuda bir neçə atının olmasını görən şəxsin dostu çox olar.

Yuxuda rəngli ata minmək, zəngin bir qadınla evlənməyə işarədir.

Qır at görmək, xeyirə bərəkətə yozulur.

Yuxuda ata minən şəxsin, həyat yoldaşı hamilədirsə, oğlu olacaq.

Qara ata minən şəxsin arzuları dərhal həyata keçir.

Yuxuda ata minən şəxs, subaydırsa, evlənəcək.

Yuxuda ata minmək, həm də övlad sahibi olmaq deməkdir.

Yuxuda at tərəfindən dişləndiyini görən şəxs, hamı tərəfindən hörmət görər.

Yuxuda ölmüş at görmək isə, şərəf və etibarın artacağına işarədir.

at

Bir əraziyə çox sayda atın gəlməsini görmək, yağış yağacağına işarədir.

Yuxuda ölü at görmək, zərərə işarədir.

Bağlı at mövqenin dəyişməsinə, at satmaq dava-dalaşa, at döymək həbs olunmağa, suda at görmək də dedi-qoduya işarədir.

Yuxuda atın ölməyini görmək isə, iş və ya şəxsi həyatla bağlı yaranacaq problemlərə işarədir.

Yuxuda atdan düşmək, pul və sağlamlığın itkisinə işarədir.

Yuxuda at satdığını görən şəxs, biri ilə dava edəcək.

Yuxuda at almaq isə, iqtidar və gücə işarədir.

Dişi at almaq, namuslu bir qadına işarədir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir