ZENCEFIL

Zəncəfilin faydaları haqda bunları bilməlisiniz

Baxış sayı: 492

Rasiona zəncəfil daxil edilməsi, artrit, artroz ağrılarının intensivliyinə təsir edir.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, həkim terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, son elmi tədqiqatlar zəncəfilin iltihabı azaltdığını bir daha sübut edir.

Nermine Abbasova

“Təcrübə müddətində xəstələrə ya zəncəfil ekstraktı, ya da gündə 2 dəfə plasebo veriblər. Asetaminofen ekstren dərman kimi icazə verilib. 194 pasiyent içərisində dizlərində ağrısı azalanlar daha çox zəncəfil qəbul edən qrupdan idi. Digər qruplara nisbətdə onlarda ağrı 63% azalmışdı. Zəncəfil osteoartrit simptomlarını azaldır. Artrit oynaqlarda iltihab və ağrı yaradan autoimmun prosesdir. Bu xəstəliyin tam müalicəsi yoxdur. Artrit qışda daha da kəskinləşir. Zəncəfil hüceyrələrin sağ qalmasına cavabdeh olan zülal kompleksini nəzarətə alır, şişlərin nekrozu faktorunun qarşısını alır. Ona görə də artrit xəstələri zəncəfili menyuya daxil etməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir