imtahan

Abituriyentlər öz biliklərini niyə imtahanlarda göstərə bilmirlər?

Baxış sayı: 851

Ali məktəbə daxil olmaq, tələbə adını qazanmaq bütün şagirdlərin arzusu olsa da, bu arzunu qəbul imtahanlarına yaxşı hazırlaşan tələbələr reallaşdıra bilir. Amma bəzən elə də olur ki, hamının yüksək nəticə gözlədiyi  abituriyentlər qəbul imtahanlarında istənilən nəticəni əldə edə bilmirlər. Maraqlıdır, bəs necə olur ki, orta məktəbdə yaxşı oxuyan şagirdlər qəbul imtahanında az bal yığırlar?

Maraqlı olacağını nəzərə alıb, “Gencaile.az” saytının “Bələdçi” rubrikasında məhz bu mövzuya toxunduq.

Məsələyə münasibət bildirən təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib aşağıdakıları dedi:”Buna səbəb həmin abituriyentlərin imtahana arxayın şəkildə gəlməsidir. Orta məktəbdə yaxşı oxuyan şagirdlər bir növ “mən hər şeyi bilirəm, onsuz da yaxşı nəticə göstərəcəm” məntiqi ilə yanaşırlar.Ancaq imtahan sualları ilə tanış olanda aydın olur ki, real mənzərə  heç də bunların düşündüyü kimi deyil və ciddi yanaşmaq vacibdir. Təsadüfi deyil ki, müşahidələr göstərir ki, abituriyentlər ikinci qəbul imtahanına birincidən daha məsuliyyətli yanaşırlar. Hansı ki, bunu illərdir şəxsən özüm də müşahidə edirəm.Bəlkə də imtahan iki yox, bir dəfə keçirilsəydi, abituriyentlər ona daha ciddi yanaşardılar.İndiki halda abituriyentlər ilk imtahana belə demək mümkünsə, sınaq imtahanı kimi baxırlar ki, bu da nəticələrin zəif olmasına səbəb olur.”

Sevinc Purkestasib

Son vaxtlar abituriyentlərin narazılığını dilə gətirdiyi testlərin tərtibatı məsələsinə də toxunan təhsil eksperti bu məsələdə hər hansı problem görmədiyini dilə gətirdi:”Testlərlə bağlı hər hansı bir problem görmürəm. Əksinə, günü-gündən təkminləşir. Avropanın təhsil sisteminə uyğunlaşmağa çalışırıq. Düzdür, buraxılış imtahanlarında Azərbaycan dili fənni ilə bağlı müəyyən problemlər yaşandı, amma bu, o qədər də böyüdüləsi bir şey deyildi. Ümumilikdə testlərlə bağlı vəziyyəti qənaətbəxş sayıram.”

 

Təqdin etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir