Ilhame AXUNDOVA 3

Ünsiyyət bacarıqlarının inkişafında duyğu və hisslərin rolu – “BƏLƏDÇİ”

Baxış sayı: 1. 131

Ünsiyyətin fərqli formaları var. Bu gün biz sizinlə özü ilə ünsiyyət – daxili ünsiyyətdən öz duyğu və hisslərimizin ünsiyyətdə rolu ilə bağlı fikirlər bölüşəcəyik. İnsan özü ilə ünsiyyət qurarkən düşünür, özü ilə danışır. Düzgün ünsiyyət qurmaq  üçün ilk növbədə öz hiss və duyğularımızı dərindən  tanımalıyıq.

Duyğularınızı gizlətməyin, onları analiz edin  Duyğularınızı  tanımağımızda ən böyük maneə özümüzü olduğu kimi görə bilməməkdir. Bir hiss bizə ciddi təsir edərkən üzərindən keçirik, özümüzə  yaxın qoymuruq, görməzdən gəlirik. Lakin hər duyğu bizimlə bağlı bir siqnaldır. Özümüzlə bağlı nəyisə xatırladır. Hər hansı bir duyğunu uzun müddət görməzdən gəliriksə, əslində özümüzü görməzdən gəlirik. Hər hansı bir duyğunu  güclü hiss  etdiyimizdə özümüzə bu sualları verməliyik. Mən hansı hallarda, kimlərlə birlikdə olduğum zaman bu duyğunu yaşayıram.Və niyə bu hissi bu qədər dərindən yaşayıram. Ən çox hansı hallarda bu daha çox baş verir, bunu hansı zamanlarda yaşayırsan? Bu hissi yaşayarkən ürək döyüntünün artmasına səbəb nə idi? Bu hissi bu qədər dərindən  yaşamağının səbəbi mənim hansısa qarşılanmayan ehtiyacım ola bilər? Bu hiss mənə mənimlə bağlı, yaxud həyatımla bağlı nəyi anlatmaq istəyir? Baxın bu  sualları özümüzə verdiyimiz vaxt özümüzlə bağlı  fərqinə varmadığımız bir çox nöqtələr  aydınlaşacaq, su üzünə çıxacaq. Hər hansı bir hisslə bacara  bilməyimiz üçün o hissin ortaya çıxdığını hiss etməliyik.

Bəs bunu necə edə bilərik?

Hiss ortaya çıxdığı zaman fiziki simptomları göstərir. Hər duyğunun bədəndə bir simptomları  var. Özümüzə bir nəzər salaq. Hansı duyğunu  yaşayarkən bədənimizin hansı hissəsində daha çox  hiss edirik?

Hisləri, baş verən hadisələri özümüz müşahidə etməyi bacarmalıyıq. Hisslərin fiziki simptomları bədənimizdə müşahidə etməyi öyrənmək, hətta  bununla bağlı məşqlər etmək lazımdır. Bunu necə edə bilərik? Məsələn, gəlin sizinlə bir məşq edək. Özünüzü bir hissi daha dərin yaşadığınız bir vaxta  aparın. Gözünüzdə o anı canlandırın. Bunun daha çox əsəb olmasını istəyərdim. Çünkü onu tutmaq  digər hisslərə nisbətən daha asandır. Məsələn, son 6 ayda ən son nə vaxt əsəbləşmisiniz? Amma çox ciddi bir məsələ ilə bağlı olsun. Əsəbləşdiyiniz an düşünün, gözünüzü bağlayın, sanki o andakı kimi, o anı gözünüzün qabağında canlandırın. Bunu edin və bunu edərkən də öz bədənini müşahidə edin. O anı yaşayarkən, o anı xatırlayanda nə hiss edirsiniz?

Ürək döyüntüsünü artdığını?

Başınızda isinməmi?

Damarlarınızda bir gərilməmi?

Bunlara diqqət edin diqqət etmək özü belə bir məşqdir. Gələn dəfə hansısa bir hissi yaşadığınız zaman,daha çox o duyğunu yaşadığınızda özünü hiss elətdirir.

Bəzi kitablarda  hətta bu bacarıqları formalaşdırmaq üçün özümüzlə bağlı bir hiss gündəliyi tutmağımız  tövsiyə edilir. Özünüzə bir dəftər tutun və 10 gün duyğularımızı ən yüksək nöqtəsini yaşadığınız anları, hissləri, simptomları qeyd edin. Bunu bir neçə dəfə etməyə başladığımız, bu vərdiş sizdə daimi bir hal alacaq. Öz bədəninizi, öz duyğularınızı daha da yaxından tanıyacaqsız.

Hər hansı bir  hissi  idarə edə bilmək üçün əsas o hissin adını bilmək lazımdır. Adını düzgün qoymaq lazımdır. Çox vaxt biz duyğularımızı söz olaraq düzgün ifadə edə bilmirik. Etsək belə, doğru kəlmələrdən istifadə edə bilmirik.

Məsələn, nə hiss etdiyimizi soruşduqda yaxşı, yaxud  pis deyə cavab veririk  Halbuki, yaxşı, yaxud pis bir hiss adı deyil. Bəzən  bir-birinə yaxın, oxşar hissləri bir-birinin yerinə istifadə edilir. Məsələn, qısqanclıq və paxıllıq bir-birinə yaxın kimi görünür, ancaq bir birindən  fərqli hisslərdir və hər ikisini idarə edə  bilmək üçün üsullar fərqlidir. Ona görə duyğuların adını düzgün qoya bilmək üçün emosional sözlər xəzinəmizi genişləndirməliyik. Yeri gəlmişkən, sizlər neçə duyğu adı bilirsiniz?

Düşündüyümüz zaman ağlınıza gələn ilk duyğu adı hansılardır?

Bəzi araşdırmaçılar əsəb, qorxu, kədər, sevinc, təəccüb kimi əsas duyğuların var olduğunu və digər duyğuların bunların birləşməsindən yarandığını, meydana gəldiyini iddia edirlər. Amma bu mövzuda  fərqli görüşlər də var. Bəs sizin ağlınıza neçə hiss adı gəldi? 2,3 dəqiqə ərzində çalışın yadınıza  düşənləri yazın. Bəs siz neçə hiss adı yazmışdınız?

Qarşı tərəfdən rəy istəmək. Rəy bizi göstərən güzgüdür. Özümüzlə bağlı fərqindəliyimizi artıra bilməyimiz üçün insanlardan məlumat istəmək düzgün bir addım ola bilər. Ətrafınızda sizi yaxşı tanıyan, həqiqətən obyektiv olacağına, güvəndiyiniz insanlardan özünüzlə bağlı məlumat istəyin. Baxın görün insanlar sizi necə görür. Məsələn, mən sevindikdə nə edirəm? Mən əsəbi olduğumdan nə edirəm, necə davranıram. Məsələn, mənim əsəbi olduğumu necə anlayırsan? Bu hissləri yaşadığım vaxt davranışlarım necə dəyişir? Bu mövzularla bağlı insanlar sizə rəy bidirərlərsə, özünüzlə bağlı bəzi şeylərin fərqinə vara bilərsiniz. Ancaq aldığınız cavablara emosional olaraq hazır olmalısınız  Bəzi cavablar xoşunuza gəlməyəcək və mütləq bu cavablar üzərində vaxt ayırıb düşünün. Dedik ki, ən  vacib hissə duyğuların idarə ediləmiəsidir. İnsanın hər hansı  bir  hissi yaşadığında buna qalib gələ bilməsidir, idarə edə bilməsidir. Bununla bağlı texnikaları bilmək və tətbiq etmək lazımdır. Bununla bağlı bir çox məsləhətlərimiz var.

Məsələn, empatiya qurmaq digər insanların duyğularını fərq etmək. Hər hansı bir insanla əlaqə qurarkən onun bədən dilinə baxın. Səs tonlarına baxın. Göz hərəkətlərinə diqqət edin. Gülüşlərinə, duruşlarına, əl-qol hərəkətlərinə diqqət edin. Onları müşahidə etdiyiniz zaman daha əvvəl görmədiyiniz şeylərin fərqində olacaqsınız. Bu müşahidələrin ardından onların hisslərini təxmin etməyə çalışın. Baxın görün nə qədər doğru təxmin edəcəksiniz. Bunu film izlərkən də edə bilərsiniz. İzlədiyiniz film  xarakterlərini, bədən dillərini, səs istifadə qaydalarının daha da fərqindəliklə müşahidə edin. Bir müddət sonra bu vərdişə çevriləcək.

Digər bir məsləhət onları dinlədikdən sonra onlarla bağlı duyğularımızı  öz cümlələrinizlə ifadə edin.

Məsələn, anladığım qədər özünü çox yorğun hiss edirsən. Sonra bu mövzu haqqında bir-birinizin  fikrini təsdiqləyin və qarşındakını bu vəziyyəti doğru anladığınızı bildirin. Digər bir məsləhətim dünya görüşümüzü inkişaf etdirməkdir. Bunun üçün fərqli insanlarla, fərqli dünya görüşlü insanlarla bir araya gəlməyə çalışın və onları anlayışla dinləyib anlamağa çalışın. Məsələn, sizə son dərəcə zidd  fikirli insanlarla danışmağa çalışın. Haqq verin demirəm, ancaq anlamağa çalışın.

 Özünüzə bu sualları  verə bilərsiniz.

Görəsən, mən hansı vəziyyətdə olsaydım, belə düşünə bilərdim? Görəsən, mən hansı şəraitdə  böyüsəydim, sonda bu davranışı göstərərdim? Bu nəticəyə gələrdim? Bu sualları özünüzə  verin. Dediyim kimi qarşı tərəfi mühakimə etmədən də bunu edə bilərik. Digər bir məsləhətim dinləmə bacarığını  inkişaf etdirməkdir. İnsanları dinlərkən o an danışılan mövzulara diqqətinizi  verə bilirsinizmi? Yoxsa,fikriniz rahatlıqla başqa yerə  yönəlir? Yoxsa,insanları dinlərkən işinizi,gücünüzü  atıb onları dinləyirsiniz, yoxsa dinlərkən sözlərini kəsirsiniz,sözlərini onların yerinə  tamamlayırsınız. Buna görə də dinləmə ilə bağlı bacarıqları inkişaf etdirmək üçün məşqlər etməliyik.

Bunun üçün də gün ərzində çoxlu fürsətlər var. Gün ərzində özümüzü müşahidə edək. Bunun üçün rəy də ala bilərsiniz. Mən necə dinləyiciyəm.? Başqalarını dinləyərkən  tez-tez sözlərini kəsirmisiniz? Cümlələri onların yerinə tamamlayırsınızmı? Göz kontakt qura bilərəmmi? Qarşınızdakı insanın danışdığı hadisə, yoxsa danışdığı hadisənin sizin  həyatınızdakı əksi sizdə daha çox yer alır.

Digər insanları anlaya bilmək,onlarla münasibətimizi idarə edə bilmək üçün dinləməyi bacarmalıyıq. Yaxşı bir dinləyici necə olur? Əslində digər insanların bizi necə dinləməsi istəyiriksə, biz də onları ocür dinləməliyik.

1) Məsələn, yaxşı bir dinləyici qarşı tərəflə göz kontaktı qurur.

2) Yaxşı bir dinləyici fikri tamamilə qarşısındakı insandadır.

3) Yaxşı bir dinləyi fiziki olaraq dinlədiyi  yönəlir.(gözünün içinə baxaraq  “Bəli” deyər)

4) Dinlədiyi zaman beynində başqa fikirlər olmaz.

5) Qarşı tərəfi dinlədiyini bədən dili ilə də göstərməlidir.(Başını yelləyərək)

6) Yaxşı bir dinləyici təkcə deyiləni deyil, deyilməyəni də görər .

Qarşı tərəfin sizə danışdığı hadisəni dinlərkən o insanın içində olduğu vəziyyəti, keçirdiyi hissləri, ehtiyaclarını gözlərindən anlamağa çalışır. Bu mənada dinləmə bacarığımızı inkişaf etdirmək çox vacibdir. Bu saydığım xüsusiyyətlərin neçəsi sizdə var? Çünki fərqindəlik çox önəmli bir nöqtədir. Bir  şeylərin fərqində olanda onları idarə edə bilirik. Bunları bildikdə digər insanları dinlədikdə diqqətlə dinkəyəcəksiniz. Diqqətlə dinlədikdən özünüzü  idarə edəcəksiniz, bəyənmədiyiniz ünsürləri aradan qaldırmağa çalışacağını.

Beləliklə, həyatınızda və davranışlarınızda dəyişiklik edəcəksiniz. Daha çox diqqətlə dinləyəcəksiniz.

Rəy istəmək də vacib msələlərdən biridir.

Özünüz qarşınızdakından rəy istəyin. Sizə özlərinin fikir bildirmələrini gözləməyin. Siz özünüz fikir bildirmələrini tələb edin. Gələn rəylərə açıq  olun. Əslində hər bir rəy, fikir bizim üçün bir hədiyyədir. Özümüzün kor nöqtələrini kəşf etmək,bunlarla bağlı addım atmaq üçün bizə bir fürsət verir. Bəzən bizə  bizlə bağlı kimsə rəy bildirərkən xoşumuza gəlmir, ya da tez özümüzü müdafiəyə, ya da hücuma keçirik. Əgər rəylərdə mənliyimizə toxunan bir şeylər varsa, incidiyimiz üçün, biz də qarşımızdakını kobudlayırıq, onu incitməyə çalışırıq, ya da bu mövzudan uzaqlaşırıq. Çox vaxt ya müdafiəyə keçirik, ya da hücuma.

Rəy yer altından çıxmış sərvət kimidir. Onu  cilalayıb, parıldatmağı bilən üçün çox dəyərli bir  sərvətə çevrilə bilər. Bu o demək deyil ki, edilən hər bir rəy, tənqid doğrudur. Hər bir tənqid üstündə düşünməyə,analiz etməyə dəyər. Bəzən  ətrafınızdakıların rəy istəyərkən mənimlə bağlı nə  düşünürsən? Bu kimi ümumi bir sual yerinə belə sualları bir azda konkretləşdirmək lazımdır. Səncə, məni istədiyim hədəfə çatmağa mane olan, məni geri salan xüsusiyyətlərim nələrdir? Daha spesifik suallar işimizə yaraya bilər. Bu sualların cavablarını gözləyərkən hazırlıqlı olmalıyıq. Amma “əslində” kimi  sözlər dilinizə gələndə özünüzü saxlayın. Çünki o vaxt müdafiəyə keçirsiniz. Unutmayaq əsl məqsədimiz məlumat almaqdır. Enerjimizi müdafiəyə, qarşı tərəfə bir çox şeyin yanlış  düşündüyünə isbat etmək yerinə qarşısındakının tam olaraq nə dediyini anlamağa çalışın. Bunun üçün əsaslı nümunələr istəyin. Konkret nümunələr öyrənin. Tam olaraq nə dediyinə vaxt ayırın. Buna vaxt ayırın,anlamağa çalışın. Hansı davranışınız onu belə düşünməyə vadar etdi? İzahını almağa çalışın. Xeyr, mən elə deyiləm, mən elə edərkən məqsədim bu idikimi müdafiəçi sözlər yerinə, tam olaraq belə düşünməyinə səbəb nə oldu? Mənə konkret misallar  verə bilərsənmi? Tam olaraq düşündüyün budurmu? Kimi cümlələr işinizi  daha da  rahatlaşdıracaq. Məsələn, demək istədiyin budurmu?

Beləliklə, biz öz duyğu və hisslərimizi düzgün tanısaq, davranışlarımız da müsbət yöndə dəyişəcək.

 

İlhamə Axundova

Təhsil eksperti, təlimçi müəllim




4 şərh “Ünsiyyət bacarıqlarının inkişafında duyğu və hisslərin rolu – “BƏLƏDÇİ”

  1. Sona Musayeva

    Dialoqlar əsas ünsiyyət bacarığıdır. Bu, insanlarla fikirlərinizi paylaşmağa imkan verir. Hər kəs dialoq qura bilər, amma bu, işin görünən tərəfidir. Mükəmməl dialoqa bədən dili, göz kontaktı, fikirlərini qısa şəkildə izah etmə və cavab vermə kimi bəzi elementlər daxildir.

    Cavabla
  2. Lamiyə Quliyeva

    Ünsiyyət yalnız danışmaqla deyil, eyni zamanda yaxşı dinləmə bacarığı ilə bağlıdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir