Amil haciyev

Amil Hacıyev: “Evdə buna görə məni danlayırlar” – MÜSAHİBƏ

Baxış sayı: 5. 995

“Gencaile.az” saytının “Kişi sözü”nün budəfəki qonağı keçmiş telejurnalist, ANS TV-nin sabiq aparıcısı, hazırda “Sivil.az” saytının baş redaktoru Amil Hacıyevdir.

–         Bir az əvvəldən başlayaq. Niyə məhz jurnalistika?

–         Əvvəl həkim olmağı fikirləşirdim. Sadəcə, valideynlərim hüquqşunas olmağım üçün israr elədilər. Mən də ya həkim, ya da jurnalist olacam dedim. Uşaq vaxtı çoxdanışan, çox sual verən olmuşam. Ona görə hamı jurnalist olacağımı deyirdi. Hətta 11-ci sinifi bitirəndə bibimoğlu köynəyimin arxasına “Amil Hacıyev ANS Qırmızı körpü” sözlərini yazmışdı. Mənzilin hara, niyyətin ora misalı ilə jurnalist oldum.

–         Tələbə ikən ANS-də çalışırdınız. Qiymətləri ANS-ə görə yazırdılar, yoxsa özünüz alırdınız?

–         Açığını deyim, ANS-ə görə qiymətlər almışam. Pulla da qiymət yazdırmışam. Amma ANS-ə görə, yəni işimə görə dərsə gedə bilmirdim. Qayıblarım çox idi. Rektora qovulmağım barədə təqdimat vermişdilər. Amma yenə köməyimə ANS gəldi. Amma jurnalistika fakültəsinin müəllimləri qiymətlərimi avtomatik yazıblar. Minnətdaram hamısına. Digər fakültələrdən gələn müəllimlərlə isə dil tapmışam (gülür).

–         ANS sizə yəqin ki, jurnalistikada yetərincə təcrübə qazandırdı. Həm də populyarlıq gətirdi…

–         Əlbəttə, bugünki səviyyəyə çatmağımda ANS-in müstəsna xidmətləri var. Amil Hacıyev kimi tanınmağımda ANS-ə borcluyam. “İç Xəbər”, “Xəbərçi”, İdman proqramlarının aparıcısı olmuşam. Mən ANS məktəbinin məzunuyam. İndinin özündə də məni ANS-in aparıcısı kimi tanıyırlar. Küçədə insanlar hələ də məni “İç Xəbər”dən xatırlayırlar. Jurnalist kimi yetişməyimdə də müstəsna xidmətləri var. Bunu dana bilmərəm.

–         Bu kanalı tərk etmək üçün hansı zərurət yaranmışdı?

–         Hər bir missiyanın bir sonu olur. Mənim də ANS missiyam beləcə başa çatdı. Bir uşaq ailədə böyüdü və müstəqil həyata atıldı. Məncə, bu həyatda məndə özümü sübut elədim və ANS məktəbinin adını batırmadım.

–         ANS-i tərk etdikdən sonra AFFA-ya menecerlik üçün müraciət etmişdiniz. Qəbul etmədilər?

–         AFFA ilə indi də əməkdaşlıq edirəm. Milli komandaların oyunları zamanı birgə çalışırıq. Amma menecerlik məsələsi hələ də açıq qalır. Bu məsələ deyəsən hələlik gündəmdə deyil.

–         Son 1-2 ildə çoxlu sayda iş yeri dəyişməniz nə ilə bağlıdır: ANS, publika.az, interpress.az, Peyntball Federasiyası, indi isə Sivil.az…

–         ANS-dən ayrılandan sonra interpress.az-dan təklif aldım. Bu, mənim onlayn media ilə ilk əməkdaşlığım oldu. Amma sonradan fikirlərimiz üst-üstə düşmədiyi üçün ayrıldım. Bundan sonra isə “Publika.az”dan təklif gəldi. 9 ay bu saytda çalışdım. Ən böyük uğurum kollektivlə birgə “18+ sayt” adını almış “Publika.az”ın nüfuzunu bərpa etmək oldu. Burada da artıq missiyamın başa çatdığını anlayıb özüm ayrıldım. Bilirsiniz, özümü tərifləmirəm. Amma bunu deməliyəm. Gördüyün işə qiymət verilmirsə və sənin qurduğun sistem artıq oturuşub bəhrə verirsə, sən artıq olursan. Görünür, bu biz jurnalistlərin alın yazısıdır. Amma mən “Publika.az”da onlayn medianı tam öyrəndim.

465388_3199758292239_77964656_o

Peyntbol Federasiyası ilə könüllü şəkildə əməkdaşlıq edirəm. Burada dostlarım çalışır. Onların mənim köməyimə ehtiyacı varsa, yanlarında olmalıyam. Təmənnasız bir şəkildə əməkdaşlıq edirik. “Sivil.az” isə artıq öz layihəmizdir. “Publika”dan ayrılanda İntiqam Valehoğlu, Rəbiqə Nazimqızı və mən belə qərara gəldik ki, artıq öz işimizi quraq. Dostlar sağ olsun, yardım əllərini uzatdılar. Dostum, qardaşım Şəmşad Ağanın məsləhəti ilə bu layihəyə başladıq. Zahir Əzəmət və xüsusuilə Məmməd Gülməmmədovun dəstəyi ilə meydana atıldıq. Burada isə özümə bir şüar seçdim. Şəhərdə ikinci olmaqdansa, öz kəndimdə birinci olaram. Bu gün Sivil.az-ın 3000-4000 min arası girişi olur. Sentyabrda bu saytın ilk onluğa daxil olacağına əminəm. Hazırda Avropa Oyunlarının Təşkilat Komitəsində çalışdığımdan sayta diqqət ayıra bilmirəm. Amma sağ olsun dostlar, bunu hiss elətdirmirlər.

–         Necə düşünürsünüz, “Sivil.az” informasiya vasitələrinin, saytların kifayət qədər artdığı bir şəraitdə bazarda möhkəmlənə biləcəkmi?

–         Bu gün 3000-4000 arası girişimiz var. Məncə biz 1 ilə istədiyimiz nəticələri əldə edəcəyik. Sadəcə, hazırda Avropa Oyunlarının Təşkilat Komitəsində çalışdığıma görə, sayta istənilən diqqəti ayıra bilmirəm. Amma komandamız tam gücü ilə çalışır. Ümid edirəm ki, oxucularımız bizi daima izləyəcəklər. Sentyabrdan isə tam fərqli layihələrlə gələcəyik.

–         Paintball-la aranız necədir? Dostlarla döyüşlər olurmu?

–         Bu oyunla İlqar Mikayıloğlunun sayəsində tanış olmuşam. Deyirlər pis oynamıram. Dostlarla ancaq oyunda qarşı-qarşıya gələ bilərik. İstənilən halda biz dostlarımızla çiyin-çiyinə ancaq düşmənə qarşı döyüşə bilərik.

–         Ailəlisiniz, yoxsa hələ subaylıq sultanlıqdır deyib evlənmirsiniz?

–         İki övladım var. Oğlum Cavidan və qızım Aişə. Oğlum deyəsən indidən sənətimi əlimdən almaq istəyir. Mənim kimi çoxdanışandır. İrad tutanda isə deyir ki, jurnalist oğluyam.

–         Ən çox nədən danışır?

–         Oynadığı oyunlardan, baxdığı cizgi filmlərindən danışır. Bağçada gördüklərini, etdiklərini danışır

–         Onun suallarına ən çox kim cavab verir?

–         Daha çox anası. Onu çox görür. Amma ona da irsi keçib. Daha çox atasını serir. Məndə atama çox bağlıyam.

–         Ailə büdcəsi necə tənzimlənir?

–         Maliyə naziri mənəm (gülür). Ona görə büdcə məndə olur.

–         Evə bazarlığı kim edir?

–         Daha çox mən. Amma ağına-bozuna baxmadan aldığıma görə danlanıram. Amma mən keyfiyyətə üstünlük verirəm. Qarşılıqlı şəkildə edirik.

Söhbətləşdi: Vüsal  

337091_1842723687222_1446902556_o 10888832_10202286410281037_6388845772934576081_n919355_4176147101349_1967315697_o 10917376_10202382865972369_7794060717779170991_n5351_4322239473567_326471653_n

11156943_10202856484412534_1888516641_n 11166054_10202856484492536_1735851581_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir