anemiya

Anemiyadan necə xilas olmalı? – HƏKİM RƏYİ

Baxış sayı: 434

Qan tərkibində hemoqlobinlər olan oksigenlərlə zəngindir. Oksigen məhz qan vasitəsilə bədənin müəyyən hissələrinə ötürülür. Hemoqlobinlər isə qana qırmızı rəng verən erotrositlərdən ibarətdir. Qandakı hemoqlobinlərin azalması anemiya xəstəliyinin yaranmasına gətirib cıxarır.

Nermine Abbasova

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova deyir ki, anemiya bir neçə növü mövcuddur. Onlar arasinda ən çox yayılanı dəmir defisitli və hemoqlobin çatışmazlığı. Normal halda qanda 14-15 qram hemoqlobin olmalıdır. Onlar qana qırmızı reng verir. Onların ömrü isə 4 ay olur. Bu müddət ərzində çoxlu vitamin qəbul etmək və hemoqlobini yeniləmək lazımdır. Əks halda qandakı hemoqlobinin miqdarı azalacaq və ağ qan çoxalacaq.  Buna el arasinda “ağ qanın qırmızı qanı yeməsi” deyirlər.

Həkim onu da dedi ki, bəziləri elə hesab edirlər ki, anemiyaya ariq insanlarda rast gəlinir. Amma əksinə anemiya daha çox kök adamlarda olur. Bol kalorili yemək yemək insanı anemiyadan sığortalamır.

Müalicəsiz qalan anemiya qan xərçəngi yaratdığını vurğulayan və sözügedən xəstəliyin əlamətlərindən də bəhs edən Nərminə Abbasova halsızlıq, ürəkbulanma, başgicəllənmə, rəngin solğunluğu kimi hallar varsa, mütləq həkimə müraciət edilməli olduğunu qeyd edir.

Həkim həmçinin qadınlarda anemiya xəstəliyinə kişilərə nisbətən daha çox rast gəlindiyini dedi: “Qadınlar bu xəstəliklə daha çox rastlaşır. Kişilər də isə anemiyanın yalnız dəmir çatışmazlığına rast gəlinir. Ümumdünya səhiyyə təşkilatının statistikasına görə dünyada milyonlarla insan anemiyadan əziyyət çəkir.”

Anemiyaya qarşı ev şəraitində mübarizə aparmağın yollarından da bəhs edən mütəxəsis aşağıdakı məsləhəti verdi:”Gicirtkəni doğrayıb ondan şorba bişirin. Hər gün yeməkdən əvvəl itburnu dəmləməsi için. Təzə sıxılmış alma, nar, kök, limon və 1 xörək qaşığı bal qatıb için. Sarımsağı əzib, şirəsini çıxardın. Bir stəkan sarımsaq suyunun içərisinə 3 xörək qaşığı spirt qatıb, 3 həftə qaranlıq yerdə saxlayın. Hər gün ondan 20 qram qəbul edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir