almaz

Ax, bu lənətlənmiş əşyalar!

Baxış sayı: 515

Elə əşyalar var ki, sahiblərinə yalnız bədbəxtlik gətirir. Bu yazıda məhz belə lənətlənmiş əşyalar haqqında bəhs edəcəyik.

 

Bədbəxtlik gətirən almaz

“Ümüd almazı” adlandırılan bu qiymətli daşın 1,1 milyard yaşının olduğu ehtimal olunur. Qiyməti təxminən 250 milyon dollar olan almaz  hazırda almaz ABŞ-də yerləşən Smitsonov muzeyində saxlanılır.  Rəvayətlərə görə, dəyərli  zinyət əşyası  sahiblərinə bədbəxtlik gətirib. Almazın sahiblərindən birini itlər parçalayıb, digəri isə fransızlar tərəfindən döyülərək öldürülüb.

Tomas Basbinin lənəti

Məşhur Basbi kreslosu ingilis əyyaş və qatil Tomas Basbi tərəfindən lənətlənmişdi. 1702-ci ildə Basbi həmin kresloda oturan atalığını boğaraq öldürmüşdü. Ölüm hökmünə məhkum olan Basbi özünü günahkar hesab etmirdi. O, bütün günahları  məhz kresloda görürdü və buna görə də onu lənətləmişdi. Bu hadisədən sonra həmin kresloda oturan hər bir insanın başına dəhşətli fəlakətlər gəlir.

 

Yanğına səbəb olan  rəsm əsəri

Məşhur rəssam Bruno Amadionun “Ağlayan oğlan” rəsm əsəri də lənətlənmiş əşyalar sırasına daxildir.  Deyilənlərə görə, məşhur rəsm əsəri  evdə yanğına səbəb olur. 1985-ci ildə bir ailəyə məxsus olan ev yanğın nəticəsində məhv olub.

Vahimələndirən əsər

Şəkil 1972-ci ildə Bill Stounhem tərəfindən çəkilib. Əsər 2000-ci ildən auksionda  satışa çıxarılsa da hələ də satılmayıb. Əvvəllər  şəkilin sahiblərindən birinin kiçik qızı rəsm əsərindəki fiqurların gecələr canlandığını deyib. Qızın valideynləri uşağın dediklərinə əmin olmaq üçün gizli kamera qoşduqdan sonra dəhşətə gəlib.

 

Tutanxamonun tabutu

Dünyada ən məşhur lənət Tutanxamonun tabutu ilə bağlıdır.

1923-cü ildə arxeoloqlar içi növbənöv xəzinə ilə dolu olan, əl dəyməmiş bir firon məzarı tapdılar.  Tabutu aşkar edən Hovard Karterin sözlərinə görə,  tabutu tapdalayan şəxsin başına bədbəxt hadisə, xəstəlik və ölüm gələ bilər.  Qeyd edək ki, Karterin sponsoru Karnarvon infeksiyalı ağcaqanad dişləməsindən ölüb. Onun ardınca isə tabutun açılışında iştirak edən 20-dən artıq insanın hamısı vəfat edib. Arxeoloqların sirli şəkildə dəhşətli xəstəliklərə tutulması, bir-birinin ardınca ölmələri hər kəsi heyrətə gətirir.

 

Buz adamı mumiyası

Buz adam kimi tanınan mumiya 1991-ci ildə İtaliyanın dağlarında aşkar edilib. Ehtimala görə, mumiya eramızdan əvvəl 3300-cü illərdə yaşayıb.  Rəvayətlərə görə, lənətlənmiş bu  mumiya 7 insanın  ölümünə səbəb olub.  Bunların içində tibbi ekspert Rayner Henn dəhşətli yol qəzasında, alpinist Kurt Fritz qar uçqununda, mumiyanı tapan Helmut Simon  isə qayadan yıxılaraq ölüb.

 

Bədbəxtlik hadisələrə səbəb olan telefon nömrəsi

Bir çoxları telefon nömrəsini fiziki obyekt hesab etmədiyi üçün ondan gələn hər hansı bir zərərə inanmaya bilər. Lakin  +359 888 888 888  nömrəsinə  sahib olan hər kəsin başına bədbəxt hadisə gəlib. Bu nömrənin sahibi olan  Bolqarıstanın mobil rabitə şirkətinin baş direktoru  48 yaşında xərçəngdən vəfat edib. Ondan sonra bu nömrəyə sahib olan iki dələduz isə mübahisə etdikdən sonra bir-birlərini güllələyiblər.

 

Ölüm gətirən vaza

Gümüşdən hazırlanan Bassano vazası  hələ XV əsrdə hazırlanıb və toy günü gəlinə hədiyyə olunub. Həmin gecə gəlin qətlə yetirilib. Belə ki, öldürülən gəlin səhərisi gün  əlində bu vaza ilə  aşkar olunub. Lənətlənmiş vaza sonradan nəsillikcə ötürülüb. Çox maraqlıdır ki,  onu evində saxlayan hər kəs bir müddətdən sonra həyatını itirib. İnsan ölümlərinin sayı artdıqdan sonra vazanı gizlətmək qərarına gəliblər. 1988-ci ildə vaza auksionda  satışa çıxarılıb. Bu auksionda vazanı alan əczaçı da  3 aydan sonra ölüb. Lakin bununla ailənin başına gələn bədbəxt hadisələr bitmir.  Ailənin  daha 3 üzvünü   itirən insanlar   vazanı  polis bölməsinə aparaq onun məhv olmasını tələb etdilər.  Lakin vazanın harda olması hələ də bilinmir.

 

Ölümə səbəb olan mücrü

Yəhudi folkloruna görə dibbuk pis ruhlardan biri sayılır. Deyilənlərə görə, pis ruh Holokostu  insanlardan biri çağırıb. Həmin adam hansısa bir şəkildə ruhu mücrünün içinə sala bilib.  Dibbuk adlı bu mücrüyə 2001-ci ildə Kevin Mannis adlı şəxs  sahib olub. Lakin bundan sonra o, qarabasmalar görməyə başlayıb. Dediyinə görə, gözünə hər dəfə əcinnələr  görünüb. Mücrüdən qurtulmaq istəyən Mannis onu anasına verib və həmin günü qadın insult keçirib. Bundan sonra mücrü satılıb və onun yeni sahibi Ceyson Hakston da gecələr qarabasmadan şikayət etməyə başlayıb və  bir müddətdən sonra nadir dəri xəstəliyinə yoluxaraq həyatını itirib.

Bu güzgü hər kəsə faciə gətirir

Dünyanın ən qorxulu yerlərindən sayılan Mirtov plantasiyası ruhların ən çox olduğu yerdir.  Bu plantasiya 1796-cı ildə hindu qəbilələlərinə məxsus qəbiristanlığında salınıb. Bəzi məlumatlara görə , lənətlənmiş plantasiyada 10 insan qətlə yetirilib.  Deyilənlərə görə, buradan   zəhərlənərək öldürülmüş Sara Vudraff və uşaqlarının ruhunun yaşadığı güzgü tapılıb. Bu güzgü hələ də lənətlənmiş əşya sayılaraq ona sahib olan hər kəsə yalnız bədbəxtlik gətirməkdədir.

 

Gecələr gəzən gəlinlik paltarı

Bu gəlin paltarı bir zamanlar  Anna Beykerə məxsus olub. Lakin bədbəxt gəlin Anna bir dəfə də olsun gəlinliyini geyə bilməyib. Çünki onun atası qızın sevgilisini qovub. Tənha qalan qız bir müddətdən sonra intihar edir. Onun ölümündən sonra   paltar muzeyə təhvil verilib.  Şahidlərin sözlərinə əsasən gəlinlik paltarı gecələr  öz-özünə hərəkət edir.

Belkort qəsrindəki kreslo

Qədim rəvayətlərə görə, Belkort qəsri ruhlarla dolu bir yerdir. Əsas yayılan hekayələr daha çox burada yerləşən  iki kreslo ilə bağlıdır. Həmin kresloda oturmağa çalışan hər bir kəs özünü pis hiss etdiyini, bədəninin üşüdüyünü deyir. Bu kresloda oturan insanlara  elə gəlir ki,onlar sanki  kiminsə üstündə oturub. Hətta, elə bir hadisə də olub ki, kresloda oturan şəxsi sanki kimsə   yerə tullayıb.

Paralel dünyadan olan pis ruhları saxlayan kukla

Kukla Annabel adlanan bu kuklanı 1970-ci ildə  Donna adlı qadın öz qızı üçün antik mağazadan alıb. Əvvəlcə kukla heç bir oyuncaqlardan fərqlənmirdi. Lakin vaxt keçdikcə qəribə hadisələr baş verməyə başlayıb. Əvvəlcə qadının qızı və qonşusu otağa daxil olarkən kuklanı müxtəlif yerlərdə tapıb. Sonra isə daha dəhşətli hadisələr baş verməyə başlayıb. Donna kuklanın yanında “Bizə kömək et” cümləsi yazılmış məktub tapıb. Kuklanın üstündə isə çoxlu qan ləkələri olub. Donnanın həyat yoldaşı kuklanı atmağı məsləhət görüb. Məhz  həmin gün Donnanı yuxuda kimsə boğmağa başlayıb. Paranormal hadisələrlə məşğul olan mütəxəssislərin sözlərinə görə, lənətlənmiş bu  kukla paralel dünyadan olan pis ruhları özündə saxlayır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir