metbex

DİQQƏT: təmizləməyi unutduğumuz 4 əşya MƏSLƏHƏT

Baxış sayı: 385

Yaşadığımız ərazinin təmiz olması sağlamlığımız üçün çox önəmlidir. Görünən yerlərin təmizliyi ilə yanaşı, görünməyən, əslində isə diqqət etmədiyimiz yerlərin təmizliyi də nəzərdən qaçırılmamalıdır. Bəs evimizdə gözdən qaçırdığımız, lakin təmizliyə ehtiyacı olan nələrdir?

Budur, mikrob mənbəyi hər gün əlimizin altındadır, lakin bunun fərqinə varırıqmı? Onlar təmizləməyi unudanlar üçün çox təhlükəlidir.

Parça çantalar, qazan tutacaqları, süzgəclər və qab süngərləri kimi təmiz hesab etdiyimiz, lakin bakteriyalara sahib olduğunu ağlımıza gətirmədiyimiz bir çox əşya əslində sağlamlığınıza zərər verir. Budur, təmizləməyi unutduğunuz 4 əşya!

 

Yenidən istifadə edilə bilən çantalar

Ətraf mühitin qorunması naminə alış-veriş zamanı parça çantalar əla seçimdir. Amma araşdırmalar göstərir ki, insanlar çox nadir hallarda bu çantaları yuyurlar. Lakin onlar tez-tez qida daşımaq üçün istifadə olunduğundan, tərkibində qalıqlar qala bilər. Nəticədə bakteriyalar çoxala və sonra daxil etdiyiniz hər hansı yeni məhsula yapışa bilər. Buna görə də parça çantaların təmizlənməsinə diqqət yetirməli, onları paltaryuyan maşında qoruyucu torbaya qoyaraq və ya su kranının altında yumaqla təmizləmək lazımdır.

 

Qazan qapağı tutacaqları

Qazan tutacaqları ilk baxışda kifayət qədər zərərsiz görünür, lakin diqqətdən kənarda qalan qazan sapının dəliklərinə sızan bakteriyalar var. Bakteriyaların zamanla çoxaldığı bu yeri təmizləmək üçün aradabir qapaqdan tutacaqları çıxarmaq və bakteriya əmələ gəlməsinin qarşısını almaq üçün yuyub təmizləmək lazımdır.

 

Süzgəclər

Mətbəxdə işimizi asanlaşdıran əşyalardan biri də süzgəclərdir. Süzgəclərin kiçik deşikləri olduğundan, onlara fərqli qulluq lazımdır. Onu təmizləməyin ən yaxşı yolu-qalıqların tamamilə çıxmasına imkan vermək üçün onları təmiz su və bir az yuyucu vasitə ilə bir qabda təxminən 15 dəqiqə islatmaqdır. Sonra axan kranın altına qoyub sərt bir fırça ilə ovuşdurmaqla təmizləmək gərəkdir.

 

Qab süngərləri

Qab süngərləri yemək və su ilə daim təmasda olduqları üçün onu hər zaman evdə bakteriyaların əsas qaynaqlarından biri kimi görün. Buna görə də qab süngərlərini mütəmadi olaraq yeniləri ilə əvəz etməli və işiniz bitən kimi onları sabun və ya dezinfeksiyaedici vasitə ilə yumalısınız.

 

Tərcümə etdi: Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir