ayaqqabi

Bu il hansı tuflilər dəbdə olacaq?

Baxış sayı: 402

Önümüzdəki ayların əsas tendensiyalarını müəyyən etmədən alış-verişə başlamaq məsləhət deyil. Və onların arasında əsas yeri mövsümün ayaqqabı trendləri tutur. Niyə? Hər şey çox sadədir. Bildiyimiz kimi, ayaqqabılar obrazın mərkəzidir və diqqəti ən çox onlar cəlb edir. Ayaqqabılarınız gözəldirsə, obrazın digər elementləri rahat və sadə ola bilər. Möhtəşəm stilettolar, sabolar, qayışlı dikdabanlar nəinki daha mürəkkəb obrazları, ağ mayka və sıradan bir cinsi də çox maraqlı edəcək. Dizaynerlər, əlbəttə ki, bu sehrli gücdən xəbərdardırlar və ondan tez-tez istifadə edirlər. Buna görə də onlar çox vaxt əsas səylərini kolleksiyaların ayaqqabı modellərinə yönəldir və hər il başqa trendləri irəli sürürlər. Biz də öz növbəmizdə nəfəsimizi kəsib onların bu il hansı moellərlə çıxış edəcəklərini gözləyirik. Biz ənənəni pozmur və 2024-cü ilin ən dəbli beş ayaqqabı modelini sizinlə paylaşırıq. Yeri gəlmişkən, qeyd edək ki, qayışlı modellər bu il xüsusilə aktual olacaq.

 

Arxası kəmərli modellər (slingback)

Gucci весна-лето 2024

Saint Laurent весна-лето 2024

Açıq dabanlı və qayışlı zərif ayaqqabılar artıq bir çox mövsümlərdir ki, bütün populyarlıq rekordlarını qırır. Həm zərif, həm də cazibədar görünürlər – nadir kombinasiyadır, elə deyilmi? Effekti artırmaq üçün bu mövsüm dizaynerlər slinqbekləri akssesuarlar, hündürdaban və iti burunla tamamlayıblar. Nəticədə müasir ledi stili ruhunda bir az aqressiv və “yırtıcı” siluet alınıb. Ən yaxşı nümunələr “Saint Laurent” və “Gucci” kolleksiyalarındadır.

Myuli

Loewe весна-лето 2024

Prada весна-лето 2024

Myuli modellər də öz mövqelərini başqasına verməkdən imtina edirlər. “Prada”, “Loewe” və “Peter Do” şoularına əsasən demək olar ki, arxası açıq ayaqqabılar yaxın aylarda dəb repertuarımızdan uzaqlaşmayacaq. Bu o deməkdir ki, arxası açıq modellərin tozunu təmizləməyin əsl vaxtıdır. Və ya yenisini alın. Xüsusilə atlaz parçadan alınmış bəzi modelləri qarderobunuz üçün yaxşı investisiya olacaq.

Meri-Ceyn

Miu Miu весна-лето 2024

Zimmermann весна-лето 2024

Biləyində qayışı olan və uşaq ayaqqabılarını xatırladan bu modellər əsl moda intibahını yaşayır. Son beş ildir ki, trenddə qalmağa davam edir. Bu anlaşılandır: obrazı daha “kəskin” və dəbli edən bir modeldir. 2024-cü ildə dizaynerlər onun mürəkkəb və daha hündür versiyalarının təbliği ilə məşğul olacaq.

Fiqurlu daban

Balmain весна-лето 2024

AZ Factory весна-лето 2024

Əvvəllər qeyri-adi formaları olan dabanlar keçici trend kimi görünürdü və elə təsir buraxırdı ki, çox tez sıradan çıxacaq. Lakin belə olmadı. Dizaynerlər bir neçə mövsüm ardıcıl olaraq müxtəlif daban formalarını sınaqdan keçirdilər. “Balmain”, “AZ Factory”, “Ferragamo” və “Bottega Veneta” şoularından seçdiyimiz nümunələr sizə kömək edəcək.

Qayıqvari qəlib

Fendi весна-лето 2024

İstənilən iti burunlu ayaqqablılar 2024-cü ildə dəbdə olacaq. İllər əvvəl moda arenasından itən modellər həm də mövcud tendensiyaya tamamilə daxil olmanıza zəmanət verəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir