daglar

Dağ xəstəliyi nədir? – Alpinistlər mütləq oxusun!

Baxış sayı: 1. 734

Bildiyimiz ki, havadakı oksigen yüksəkliyə çıxdıqca azalır. Yüksəkliyə çıxdıqca bədən bu vəziyyətə qarşı nəfəs sayını artıraraq və nəfəsi dərinləşdirərək daha çox oksigen qəbul etməyə çalışır.

Mütəxəssislər yüksəklikdə oksigen çatışmazlığı ucbatından yaranan bu halı dağ xəstəliyi adlandırır. Bu, xüsusən, həmişə hündürlükdə yaşayan və alpinistləri təhdid edən bir sağlıq problemidir. Dağ xəstəliyi əsasən 2400 metrdən yüksəklikdə yaşanır.

 

Hansı orqanlara təsir edir?

Atmosfer təzyiqinin azalmasına görə, alınan havadakı oksigen nisbəti də azalır. Bu hal bədənin əsasən oksigenə ehtiyac duyan beyin, ağciyər, göz və s. kimi orqanlarında qismən, ya da tam oksigen çatışmazlığı (yəni hipoksi və anoksi) yaranmasına səbəb olur.

Cənubi Amerika və Orta Asiyada xroniki dağ xəstəliyi daha çox yayılıb. Hindlilər də yüksəkliyə dözümsüz insanlardır. Buna görə Hindiquş dağları hindlini öldürən dağlar deməkdir.

 

Əlamətləri hansılardır?

İnsan əvvəlcə özünü daha yaxşı, cəsarətli hiss edir. Sonra baş ağrısı, baş gicəllənməsi, ürək bulanma, qusma, iştahasızlıq, quru öskürək, yorğunluq, halsızlıq, bəzən də döş qəfəsi ağrısı yaşanır.

Bu əlamətlər ciddiyə alınmazsa, beyin və ağciyər şişməsi, koma və ölümə qədər gedən ciddi hallar yaranır. Alpinistlərdə 5-6 saat keçəndən sonra bu əlamətlər yaşanır. 1-2 gün gözləyəndən sonra əlamətlər yoxa çıxır. 3000 metr yüksəklikdə olmaq da oksigen çatışmazlığı yaşada bilər.

 

Alpinistlərə məsləhət!

Mütəxəssislər dağ xəstəliyi ilə sıx rastlaşan alpinistlərə məsləhət verməyi də unutmayıblar. Mütəxəssislərin fikrincə, alpinistlər tələsmədən özlərini oksigen azlığına öyrəşdirə-öyrəşdirə hündürə qalxmalıdırlar. Çadır yüksək hündürlüyə tədricən daşınmalıdır. Gündə 300 metrdən daha hündürə qalxıb orada gecələmək təhlükəli ola bilər.

Hər 300 metrdən bir ən az bir gecə qalıb mütləq dincəlmək lazımdır. Yüksəklik hər 1000 metri keçincə iki gecə qalmaq uyğun olar. Əlamətləri hiss edərkən, aşağı enib orda 1-2 gün gözləmək lazımdır. Yüngül əlamətlərdə 300 metr, ağır əlamətlərdə 1000 metr aşağı düşmək lazımdır. İstirahət etmək, az hərəkət etmək, bol maye qəbul etmək və lazım olsa, oksigendən istifadə etmək lazımdır. Baş ağrısı üçün aspirin bəs edir. Siqaret, yuxu dərmanı, spirtli içki qəti olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir