qardirob

Həyatınızı dəyişdirəcək sadə dəb qaydaları

Baxış sayı: 449

Bir sual xanımları çox düşündürür, görəsən dəbə uyğun necə geyinmək lazımdır? Bu yazıda  sizə həyatınızı dəyişdirəcək  sadə qaydaları təqdim edirik.

 

Təkrarolunmazlığınıza əmin olun

Birinci və başlıca bu qaydadan başlayın: ən gözəl və təkrarolunmazlığınıza inanın. Gözəllik hər şeydən öncə ruhun vəziyyətidir. Güzgüdə özünüzə diqqətlə baxın, çatışan və çatışmayan cəhətlərinə nəzər yetirin. Onları şüurunuzda qeydə alın.

 

Özünüzə həmahəng obraz seçin

Moda jurnallarını vərəqləyin, Hollivud ulduzlarının fotolarını baxın. İstisna deyil ki, hər hansı bir ulduzun xarici görkəmi və ya geyim tərzini bəyənəcəksiniz. Həmin obrazı güzgü qarşısında təkrarlamağa çalışın və özünüzü həmin obrazda görməyə cəhd edin.

 

Özünüzü maarifləndirin

Şəhərinizin mağazalarını gəzməyə çıxın və yeni kolleksiyalarla doldurulmuş vitrinlərə diqqətlə baxın. Dizaynerlərin  məhsullarını xəyalən üzərinizdə sınaqdan keçirin. Fikrinizdə təxmini obrazı canlandıraraq, bahalı markalar satılmayan mağazalara gedin. Ehtiyat etməyin, axı, siz yalnız öz obrazınızı seçirsiniz, buna görə də, böyük məbləğdə pul xərcləmək vacib deyil.

moda

Qarderobunuzu yoxlamadan keçirin

Şkafı tam boşaldın və paltarları səliqəli şəkildə çarpayınızın üstünə düzün. Yaranmış mənzərəni diqqətlə gözdən keçirin. Köhnə sandığınız paltarlardan cəsarətlə imtina edin. Heyfsənləməyin və qalan paltarlardan xəyalınızdakı obrazı formalaşdırın. Əgər obrazı yaratmağı bacardınızsa, o zaman sizi təbrik etmək olar.

 

Öz rənginizi seçin

Müxtəlif çalarlı əşyalara baxın və rahat olanın üzərində dayanın. Bunun istənilən qadına yaraşan universal qara rəngə aidiyyatı yoxdur. Əvvəllər sizi maraqlandırmayan qeyri-standart rəngləri sınayın.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir