infarkt

Kişilərdə hansı hallar infarkt riskinin yüksək olduğunu göstərir?

Baxış sayı: 363

Həkimlər aterosklerozun infarkt və ya insulta səbəb ola biləcəyini təkrarlamaqdan yorulmurlar. Bəs aterosklerozun özünün inkişafına nə səbəb olur? Ən çox bilinən risk faktorları artıq çəki, oturaq həyat tərzi və yağlı qidalardır. Bununla belə, başqa səbəblər də var. Həkim Aleksandr Myasnikov “Rossiya” kanalında onlar haqqında danışıb.

Doktor Myasnikov ürək problemlərinin əsas səbəblərini qan təzyiqinin dalğalanması, xolesterinin artması, şəkər və siqaret hesab edir. Həmçinin “Ən vacibi haqqında” proqramında o, ateroskleroz üçün az bilinən risk faktorlarını sadalayıb.

Yuxu və sirkadiyalı ritm pozğunluqları

Düzənsiz yuxu aterosklerozun inkişafına təkan verə bilər. Daim müxtəlif vaxtlarda yatan və çox az yatan insanların qan damarlarında təxminən iki dəfə çox xolesterol olur.

Stress

Xolesterol qan damarlarında aktiv şəkildə toplanır və xroniki stress keçirənlərdə laylar əmələ gətirir. Aleksandr Myasnikov bildirib ki, qəfil ürək dayanması nəticəsində dünyasını dəyişən, onun tam adaşı, sovet terapevti, SSRİ Tibb Elmləri Akademiyasının akademiki olan babası elmi əsərlərində daim stress, ateroskleroz və hipertoniya arasında əlaqə haqqında yazıb.

Orqanizmdə iltihab

Diş və diş əti xəstəlikləri də aterosklerozun inkişaf riskini artırır. Doktor Myasnikov deyir ki, aterosklerozun iltihab nəzəriyyəsi sovet alimləri tərəfindən irəli sürülüb və bu gün ümumiyyətlə qəbul edilir ki, bədəndəki iltihablı proseslər qan damarlarının divarlarında dəyişikliklərə və onlara xolesterol laylarının yapışmasına kömək edir.

Tiroid xəstəlikləri

Qalxanabənzər vəz işləmirsə, aterosklerozun inkişaf riski artır. Myasnikov izah edir: Tiroid hormonları xolesterolun dövriyyəsində iştirak edir, onlar kifayət etmədikdə xolesterol öz-özünə qalxır.

Soyuq iqlimdə yaşamaq

İsveç alimləri müəyyən ediblər ki, şimal iqlimində yaşamaq aterosklerozun inkişaf riskini artırır. Sağlamlıq proqramının aparıcısı bu açıqlama ilə yalnız qismən razılaşıb.

Doktor Myasnikov deyir: “Soyuqda infarkt spazmlar səbəbindən baş verir. Bu, doğrudur”.

Keçəllik

Keçəlləşmə də infarkt riskini artıran daha bir amildir. “Keçəl kişilərdə infarkt və insult daha çox olur”, – Aleksandr Myasnikov siyahıya əlavə edib.

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir