yeni il

Maraqlı Yeni il ƏNƏNƏLƏRİ

Baxış sayı: 409

“Gencaile.az” saytı dünya xalqlarının maraqlı Yeni il adətləri barədə məlumat verir.

Ekvadorda yeni il gecəsi “Ano Viejo” adlı bir mərasim keçirilir. Bu o deməkdir ki, həmin gecə insan boyda kuklalar hazırlanır və yandırılır. Həmin kuklalar keçən il baş vermiş pis hadisələrin rəmzidir.

 

İspaniyada Yeni il gecəsində gecə 12-yə 12 dəqiqə qalmış 12 gilə üzüm yemək adəti var. Hər gilə bir arzu deməkdir. Hər dəqiqədə bir gilə üzüm yeyilir və bir arzu tutulur.

Yaponiyada “Joya no Kane” adlı ənənəyə əsasən, yeni il başlayan kimi 108 dəfə zəng çalmaq lazımdır. Bu 108 dünyəvi arzunun yerinə yetirilməsi deməkdir.

Gürcüstanda Yeni ili rəngarəng geyimlər və heyvan maskaları taxaraq qarşılamaq ənənəsi var.

Danimarkada köhnə çini qabları atmaq və qırmaq adəti var.

Filippində yeni il gecəsi bişirilən bütün şirniyyatlar yumru formada olmalıdır.

Şotlandiyada “Hogmanay” deyilən qonaqlıq ənənəsi yaşayır. İnsanlar qrup şəklində bir- birlərinin evlərinə qonaq gedir, özləri ilə qonaq getdikləri evə şirniyyat və içki aparırlar. Evə ilk kimin qonaq gəlməsi önəmlidir.

Yunanıstanda Yeni il gecəsi Noel Baba, Şaxta Baba və ya Santa Klausu deyil, Agios Vassilisin- Əziz Vasilinin gəlişi gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir