13

“Mickey’s House” məktəbəqədər təhsil müəssisəsində Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi

Baxış sayı: 591

“Mickey’s House” məktəbəqədər təhsil müəssisəsində 26 Fevral Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin birinci hissəsində bağça təhsilalanları məktəbəqədər təhsil müəssisəsində yaradılmış “Qan Yaddaşımız” guşəsini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər. Onlar həmin guşəyə öz balaca əlləri ilə hazırladıqları qərənfillər düzmüşlər.

7

Daha sonra bağça təhsilalanlarına Xocalı soyqırımından bəhs edən kompozisiya nümayiş etdirilmişdir. Tədbirin davam edən dəqiqələrində balacalara Xocalı faciəsi barədə məlumat verilərək qeyd edilmişdir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi  bəşər tarixində analoqu olmayan qanlı soyqırım, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür. Bağçanın tərbiyəçisi Ülviyyə Nağıyeva öz nitqində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas almasını xüsusi qeyd etmişdir. O həmçinin bildirmişdir ki, xalqımızın sülh danışıqlarına göstərdiyi 30 illik səbrindən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə rəşadətli Azərbaycan ordusu düşməni məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi.

4

Balacalarımızın vətənpərvər ruhda yetişdirilməsi, onlara Azərbaycan tarixinin öyrədilməsi və bu kimi önəmli tarixlərin unudulmaması kimi yüksək amala xidmət edən bu tədbir 26 Fevral şəhidlərinin xatirəsinin bir anlıq sükutla yad edilməsi ilə yekunlaşdı.

3

2

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir