SICAN

Siçanlardan qurtulmaqçün ən effektiv metodlar – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 676

Siçanlar çox kiçik ölçülərinə baxmayaraq qarşımıza çıxdığında bütün günümüzü zəhər edə biləcək canlılardır. Olduqca zərərli olan bu gəmircilər ən çox kanalizasiya borularında, natəmiz yerlərdə yaşayırlar. Odur ki, onların evimizdə gəzməsi sağlamlığımız üçündə çox ziyandır.

Divara, mebelə rahatca dırmaşan bu canlılar gecə vaxtı, hətta bəzən gündüzdə stolun üstündə, mətbəxdə və s. yerdə olan ərzaqlara rahatca çata bilirlər. Bəzi növləri hətta durduğu yerdən 1 metrə qədər hündürlüyə tullana bilir.

Bu zərərli canlılara təkcə həyət evlərində deyil, hündür mərtəbəli bina evlərindədə rast gəlmək olar. Kanalizasiya boruları vasitəsilə istənilən mərtəbəyə rahatca dırmaşa bilirlər.

Bəs bu gəmirici canlılardan, siçanlardan, qurtulmaq üçün nələr edə bilərik? Gəlin baxaq.

 

Təmizlik

İlk öncə yaşadığımız yeri təmiz saxlamalıyıq. Yaddan çıxartmaq olmaz ki, siçanlar ən çox natəmiz, baxımsız, üfunət iyi gələn yerlərdə yayılmağa, çoxalmağa daha çox meyllidirlər. Mütəmadi olaraq kanalizasiya borularına da təmizləyici, kimyəvi maddələr tökmək lazımdır ki, siçan yaşaması üçün münbit vəziyyət yaranmasın.

 

Soğan

Çox bilinən metodlardan biri də soğan metodudur. Siçanlar bəzi iylərə nifrət edirlər. Bunlardan biri də soğan qoxusudur. Siçanların çıxdığını düşündüyünüz yerlərə təzə soğan qoyaraq onlardan qurtula bilərsiniz.

 

Nanə yağı

Nanə yağı siçandan əlavə demək olar ki, bütün gəmirici heyvanların ən nifrət etdiyi qoxulardandır. Evimizi, ayaqyolunu təmizləyərkən nanə yağından azda olsa istifadə etmək həm kənar pis qoxuları məhv edir, həm də evinizi siçanlardan qorumağa kömək edir. Nanə yağını istənilən böyük marketlərdən və ya bazar tipli yerlərdən tapa bilərsiniz. Nanə yağından necə istifadə etməliyik?

  • Nanə yağından 1-2 damcı pambığa töküb həşəratların çox gəzdiyi yerlərə qoymaq lazımdır.
  • Nanə yağı ilə isladılmış pambığı siçan çıxan deşiklərə tıxamaq effektlidir.
  • Mütəmadi olaraq pambığı həftədə 1 dəfə dəyişmək məqsədə uyğundur.

Naftalin qoxusu

Naftalin qoxusuda siçanlar üçün olduqca effektlidir. Naftalinin kəskin iyi siçanları evdən uzaq tutmağa kömək edir. Onu sadəcə evin bir neçə yerinə yerləşdirməyiniz kifayətdir.

 

Ultrasəs yayan alətlər

Son vaxtlar çox geniş istifadə olunan siçan tələsidir. Gəmirici heyvanları çox narahat edən ultra səslər yayan bu cihazları böyük marketlərdə tapmaq mümkündür. İnsanlar üçün zərərsiz olduğu deyilir. Bu cihazı daha çox siçanların yuvaları, çıxdıqları deşiklər olan yerlərə yaxın taxmaq effektlidir. Əhatə dairəsi çox geniş olmadığından böyük evlərdə bir neçə dənəsi istifadə edilə bilər.

 

Spreylər

Baytarlıq apteklərində və iri marketlərdə siçan dərmanı kimi istifadə edilən siçan qovucu spreylər satılır. Bu spreylər siçanların nifrət etdiyi nanə yağı, naftalin və s. kimi iylərə malikdir. Bu spreylərin siçanlar üçün öldürücü təsiri olmasa da onları evdən uzaq tutmaq üçün kifayətdir. Marketlərdə tapa bilməsəniz internetdən araşdırıb sifariş edə bilərsiniz.

 

Mazut

Motor hissədən maşına daxil olub naqillərə və digər yerlərə ziyan vura bilərlər. Maşını siçandan qorumaq üçün spreydən əlavə mazut iyidə olduqca effektilidir. Kəskin iyi onları maşınınızdan uzaq tutmağa kömək edəcək.

 

Və pişik

Qida rasionlarında siçanlarda olan bu ev heyvanları bəlkə də evimizi siçanlardan qorumaq üçün ən effektiv vasitədir. Ovlamaq qabiliyyəti yüksək olan bu canlılar evdə hərəkət edən siçanları məharətlə tuta bilirlər. Siçanların yatarkən yuxusuna girəcək bu canlılar siçanları evdən uzaq tutmaq üçün çox faydalıdır.

Onlarda bir canlı olduğu üçün öldürmək metodları tövsiyyə edilmir. Sadəcə olaraq yaşadığınız yeri mütəmadi təmizləsəniz, yemək qırınntılarını yerlərdən təmizləsəniz siçanlar üçün uyğun şərait yaratmamış olacaqsınız. Təmizliyə diqqət edərək onları evimizdən uzaq tuta bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir