menzil

Təkrar mənzil bazarında yeni tikilidən olan əmlakların sayı niyə artır?

Baxış sayı: 422

Təkrar mənzil bazarında köhnə tikili binalarla müqayisədə yeni tikili binalardan olan mənzillərin satışı sayca üstünlük təşkil edir. Alıcıların əksəriyyəti köhnə tikili binalardan deyil, yeni tikili binalardan mənzil almağa üstünlük verirlər. Çünki köhnə tikililərin əksəriyyəti istismar müddətini başa vurub. Bundan başqa, köhnə tikili sahibləri bu mənzilləri satmaqda maraqlı deyillər. Səbəb də odur ki, pilot layihələr çərçivəsində həmin binalar sökülərək yeniləri ilə əvəzlənir. Belədə həmin mənzilin qiyməti iki dəfəyədək artır.

Bunu öz açıqlamasında daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, yeni tikililərdə satışa çıxarılan mənzillərlə müqayisədə köhnə tikilillərdə olan mənzillərə görə banklar təfəindən kreditlər verilmir.

elnur ferzeliyev

Ekspert bildirir ki, bütün bu səbəblər yeni tikililərdə qiymətlərə təsir edir: “Lakin yeni tikililərdə olan mənzillərin təkrar satış qiymətləri də çox yüksəkdir”.

Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov isə bildirir ki, hazırda təkrar mənzil bazarında yeni tikilillərdən olan mənzillərin üstünlük təşkil etməsinin səbəbləri sırasında kredit götürən şəxslərin çıxılmaz vəziyyətdə qalmasının da rolu var: “Bəzən ipoteka ilə mənzil alındıqdan sonra şəxs müəyyən çətinliklərlə qarşılaşır. Sonradan bu vəsaiti ödəyə bilmədikdə həmin müştərilər daha sərfəli yollar axtarmağa çalışırlar”.

Elnur Azdov

O hazırda yeni tikililərin qiymətiin qalxdığını, lakin bununla müqayisədə isə fərdi evlərin qiymətində heç bir dəyişiklik, artımın olmadığını bildirib: “Vətəndaş yeni tikilidən ev aldıqdan sonra yeni təkliflər tapır və mənizlini satmaq məcburiyyətində qalır. Bu səbəbdən də belə təkliflərin sayı çoxdur”.

E.Azadov bildirir ki, hazırda birinci əl yeni tikili almaqdansa ikinci əl yeni tikilidən mənzil almaq daha sərfəlidir. Çünki belə mənzillər təmirli olur, bundan başqa, bu mənzillərə görə şərtlər daha da yumşaq olur.

Bəs, ümumiyyətlə, alıcılar mənzili daha çox sahibindən almağa üstünlük verir, yoxsa maklerlərdən?

E.Fərzəliyev belə hesab edir ki, alıcılar bəzən mənzili birbaşa sahibindən almaq istədikdə müəyyən problemlərlə qarşılaşırlar. Lakin rieltorlar vasitəsilə bu işi gördükdə belə problemlərlə qarşılaşmırlar: “Vətəndaş ya rieltordan, ya da mənzil tikinti şirkətinin birbaşa özündən almağa üstünlük verir”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir