d6d7068c4eb2ae2328f441056839a58e

Tanınmış meyxanaçı yaddaşını itirib

Baxış sayı: 1. 764

Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir.

Bunu azvision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.
“Yanına çox adamı buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Həkimlər deyib ki, hələ bir müddət reanimasiyada qalacaq. Vəziyyəti düzələrsə, palataya köçürəcəklər. Kərim çox adamı tanımır.
Bizim üçün də gözlənilməz oldu. Kərimin halı birdən-birə pisləşib. O, qəfildən insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbiləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir