11181203_989962374388450_3297912901094799919_n

Tanınmış teleaparıcı: “Bir neçə il bundan qabaq dedilər ki, vəssalam…” – MÜSAHİBƏ

Baxış sayı: 8. 250

Müsahibimiz “Lider” TV-nin tanınmış aparıcısı Rəhman Rəsulovdur. “Gencaile.az”saytıının “Kişi sözü” rubrikasında Rəhmanla onun peşə fəaliyyətindən, karyerasından, futboldan, “Qarabağ”dan və gələcək ailə həyatından danışmışıq.

– Rəhman, özünü 2-3 cümlədə necə ifadə edərdi?

–        Əslində çox mehriban və hamı ilə dil tapmağı bacaran.Həm də çox sərt və əsəbi. Sözü gec də olsa üzə deyən qırmızı adam…

–        Hansı sahə üzrə təhsil almısınız?

–        Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-kino aktyoru” fakültəsini bitirmişəm. Oynadığım ən yaddaqalan obrazım (mənə görə) “Hekayəti vəziri xani lənkəran” əsərində Xan roludur…

–        Necə oldu jurnalistikaya gələsi oldunuz?

–        Mən jurnalist deyiləm. Aparıcıyam. Jurnalistin araşdırmaları, publisistik yazıları və s olmalıdır. Məndə hələ ki, qeyd etdiklərimin heç biri olmayıb… Bəlkə gələcəkdə oldu. Onda bu barədə danışarıq.

–        Apardığınız proqramlardan hansı öz xoşunuza daha çox gəlir?

–        Hər şey verilişin heyətindən asılıdır.İ ndiyə qədər də çox şadam ki, özünə hörmət edən mehriban insanlarla çalışmışam. Deməli hər şey əladır. Xüsusən də “Tap dostum”da…

– Dostlar tapa bilirlərmi siz nə istəyirsiniz? Ümumiyyətlə, dostlarınız varmı? Onlar  kimlərdir? Hansı sahənin adamlarıdır?

– Dostlar ağızdan çıxan sözdən ki,başa duşmədi sənin nə istədiyini – onda nə oldu daha. Mən məni başa düşən adamla dostluq edə bilirəm. Az olsa da var belələri. Hansı sahənin adamının olması mənim üçün vacib deyil. Əsas dostluqdur.

rehman

–        Elə olurmu ki, çəkilişlərdə çətinliklərlə üzləşəsiniz, çıxılmaz vəziyyətə düşəsiniz?

–        Siz elə bilirsiz ki, TV və radioda hər şey yağ kimi – efirdən göründüyü formada gedir? Hər çəkiliş əsəb və çətinliklə başa gəlir. Əsas odur ki, bütün bu situasiyalardan üzümüz ağ çıxa bilirik.Özümüzdən başqa heç kim də bunu hiss etmir…

–        Yəqin gülməli hadisələr də olur…

–        Bir neçə il bundan qabaq dedilər ki, vəssalam, indi çəkdiyimizi efirə verəciyik. Məşqlər bitdi. Özümü toparladım, çəkdik və axırda bəlli oldu ki,bu da məşq imiş…

–        Futbol azarkeşisiniz. Bəs nəyə görə jurnalistikanın bu istiqamətinə yönəlməmisiniz?

–        Aparıcı kimi futbola yönəlsəydim, bəlkə də futbolu bu qədər sevməzdim. Belə yaxşıdır.

rehman 1

–        “Xəzər Lənkəran”, yoxsa “Qarabağ”?

–        Əlbəttə ki, “Xəzər Lənkəran”. Beynəlxalq yarışlarda isə bütün Azərbaycan klubları və “Fənərbaxça”, “Barcelona”.10273436_10203834637490760_1892104029263978208_n 10547436_10202580038490769_5324502793916091751_n

–        Oyunlara kimlə gedirsiniz?

–        Futbolu sevən dostlarla gedirəm. Özü də gedib oturub sakit baxan adamlarla yox. Əsl azarkeşlik edən dostlarla.

–        “Qarabağ”dan bu il nə gözləyirsən? “Seltik”i keçmək sürpriz olacaq, yoxsa “Qarabağ” üçün bu, keçiləsi rəqibdir?527110_441834555904032_2029689404_n

–        “Qarabağ”ın Bakıdakı oyununun əsas hissəsi məncə 1-0 hesabı ilə bitəcək. Oyun penaltilərə qədər uzanacaq. “Qarabağ” turu keçəcək.

– “Facebook”dan daha çox nə məqsədlə istifadə edirsiniz?

– “Twitter”, “Facebook” və “İnstagram”ın demək olar ki,aktiv istifadəçilərindənəm. İndiki zamanda dünyada baş verənlərdən birbaşa xəbərdar olmaq və işlə bağlı paylaşımlar üçün. Hərdən olur ürəyimi məhz statuslar vasitəsilə boşaldıram.

– Sosial şəbəkədə sevgi etirafları olurmu?

– Sevgi etirafı, sözün açığı, çox azdır.

–        Toy nə vaxtdır?

–        Dəvətnamə verəndə “facebook”da qeyd edəcəm…

–        Deyirlər, nişanlı qalmaq əməlli-başlı xərc aparır…

–        Əməlli-başlı xərcdir. Amma adam rahat xərcləyir. Problem yoxdur.

–        Evlənməyə hazırlaşan Rəhman necə düşünür – Ailənin dayanıqlığı üçün başlıca prinsiplər hansılardır?

–        Bu fikir şablon olsa da deyəcəm: Əsas iki nəfər bir-birini başa düşsün. Qalan bütün deyilənləri boş ver getsin.

–        Evin “komandiri” kim olmalıdır?

–        Evin komandiri kişi özüdür təbii ki.

Söhbətləşdi: Vüsal

 11391747_10206431626847900_128528082580127739_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir