Zumrud Haqverdiyeva

Uşaqlarla ünsiyyətdə duyğularını necə anlaya bilərik?

Baxış sayı: 434

Uşaqlarla ünsiyyət qurmaq, qaydaları olan bir yoldur. Uşaqlar özlərini nadir hallarda düzgün ifadə edə bilirlər. Danışdıqları zaman çox hallarda, şifrəsini bilmədiyiniz bir telefon kimidir.

Uşaqlara güclü suallar verərək, onların nə hiss etdiklərini anlaya bilərsiniz. Əslində hər bir insanı daha yaxşı anlamağın yolu, ona yaxşı suallar verməkdir. Ana-ata və uşaq arasında olan ən gözəl dil, sevgidir. Lakin elə suallar vermək lazımdır ki, tənqidi deyil, kəşf etmək xarakterli olsun. ” Məktəbdə nə etdin?” “İmtahanın necə keçdi?” Əslində bu suallar onu kəşf etmək deyil, sadəcə idarə etmək üçün verilən suallardır. Uşaqları dinləyərkən tənqidi yanaşma etmək lazım deyildir. Ən önəmli məsələ sevginiz şərtsiz olmalıdır. Onun əvəzinə, “Bugün nə öyrəndin?” “Özünü bugün necə hiss etdin?” Tipli suallar verin.

Valideynlərin uşaqları tanıması üçün ilk öncə, şəxsiyyət olaraq onları tanımalıdır. Düzgün ünsiyyət qurmaq üçün valideyn həqiqətən övladını kəşf etməyə istəyi daha çox olmalıdır.

valideyn

Uşaqların nə hiss etdiklərini anlamaq üçün fikirlərinizi daha dəqiq şəkildə ifadə etməlisiniz. Övladınızla aranızda güvənli bağ yaradın. Güvənli bağı yaratmağın yolu sevgi, güvən dilini seçməkdir. Duyğuların bizim həyatımızda önəmli rol oynadığını bilən insan üçün böyük rahatlıqdır. Bunu uşağa izah etməyin ən gözəl yolu, onları başa düşməkdən keçir.

Qısa olaraq  uşağın duyğularına önəm verən valideynlər, ən gözəl şəkildə bağ yaradacaqdır. Duyğusal ehtiyaclar ödənilməzsə, güvənsiz bağ formalaşacaqdır.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir