salvar

Yayın əsas trendi olan şalvarlar

Baxış sayı: 370

Bakı iqliminin xüsusiyyətlərinə uyğun paltar seçmək asan deyil, dəyişkən hava şəraiti həmişə öz qaydalarını diktə edir. Ağ cins şalvarları nə qədər sevsək də, payız-qış aylarında onları demək olar ki, geyinmirik. Xoşbəxtlik yaz gəlib və inanırıq ki, günəşin şüaları həm qəlbimizi, həm də bədənimizi isidəcək. Odur ki, ağ cinslərə təhlükəsiz keçid edə bilərik.

Ağ cinslər yaz-yay aylarının trendlərindən biridir.

Əbəs yerə deyil ki, ağ cinslər yaz-yay mövsümünün “rəsmi uniforması” hesab olunur və onları geyinməyə dair konkret qayda yoxdur. Ağ cinslərin üstünlüyü ondadır ki, hər hansı bir paltarla əla görünürlər. Bu şalvarlarla biz ən çox açıq dəstlər yaratmağa çalışırıq, onları ağ olmasa da, boz və ya pastel rəngli ayaqqabı və köynəklərlə tamamlayırıq. Bu yaz siz tam əksini edə bilərsiniz. Kendall Jenner və İrina Şeyk buna ən yaxşı nümunədir. Modellər ağ cins şalvarlarını kobud tünd dəri gödəkçələr və ziddiyyətli qara loafer, ya çəkmələrlə geyinirlər. Obrazlar olduqca sadədir, lakin çox yönlü və gündəlik istifadə üçün kifayət qədər effektivdir.

Ötən Moda Həftələrinin qonaqları da əsasən ağ rəngə üstünlük vermişdilər. Keçən ilin payızında podiumlarda qara rəngi bütünlüklə ağ rənglərdən ibarət olan dəstlər əvəz etdi və indi bu tendensiya moda paytaxtlarının küçələrinə çatıb. Başdan-ayağa ağ dəst tərtib edərkən bir şeyi nəzərə almaq lazımdır, ağın onlarla çalarları var. Onların bir-birinə yaxşı uyğunlaşdığından əmin olun. Yadda saxlayın ki, qaymaq və ya fil sümüyü çaları ağappaq geyimlərlə üslub baxımından bir-birinə uyğun olsa belə, ucuz görünəcək. Ağı əlvan rənglərlə birləşdirməkdən qorxmayın, istənilən biri ilə əla görünəcək: yumşaq çəhrayıdan qırmızıya, akvamarindən dəniz dalğalarının rənginə qədər – bütün rənglər ağ ilə yaxşı yola gedir. Eyni zamanda, əlvan çalarların həddini aşmamaq vacibdir. Dəstdə yalnız bir rəng vurğusu olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir