Zumrud Haqverdiyeva

Yeniyetmələrdə aqressiv davranışın səbəbləri – “SEANS VAXTI”

Baxış sayı: 467

Uşaq və yeniyetmələrdə aqressiv davranış, valideyn və müəllimləri narahat edən haldır. Bu  narahatedici mövzu valideynlər, müəllimlər və digər böyüklər tərəfindən başa düşülməlidir. Bundan başqa, aqressiv davranış nümayiş etdirən gənc adətən aşağıdakı hallar nəticəsində qəzəbini ifadə edir:

Özgüvən əskikliyi olan

Həmyaşıdları tərəfindən təhqir olunma,

Ailə münaqişələri,

Travmatik hadisələr,

Sevdiyi birini itirmək,

Övladlığa götürülmə halı,

Maddə asılılığı,

Valideynlərin boşanması

İncidilmək,

Depressiya və narahatlıq kimi psixi problemlər.

Aqressiv davranış və zorakılığa meyl məktəbəqədər yaşlı uşaqlarla yanaşı, yeniyetmələrdə də müşahidə oluna bilər. Bu davranışa şahid olan ailə üzvləri və ya digər böyüklər bu davranışa sakit qalmamalı və bu davranışlarını “bir keçiddövrü” kimi cümlələrlə ört-basdır etməməlidirlər. Hər yaşda aqressiya və zorakılıq ciddi problemdir və müdaxilə olunmalıdır.

 

Yeniyetmələrdə  qəzəbin idarə oluna bilməməsini necə başa düşmək olar?

Yeniyetmələrdə qəzəb nəzarətdən çıxdıqda valideynlər və ya tərbiyəçilərin bunu başa düşmələri çox vacibdir. Əgər valideyn yeniyetmənin nümayiş etdirdiyi qəzəbindən narahatdırsa, ilk addım yeniyetmənin normal davranışının nə olduğunu və hansı davranışların daha ciddi problemi göstərə biləcəyini anlamaqdır.

Əgər uşağınız aşağıdakı davranışlardan bir və ya bir neçəsini nümayiş etdirirsə, kənardan müdaxiləyə ehtiyac duyacağı problemlər yaşamış ola bilər:

 

Fiziki təcavüz

Valideynlər, müəllimlər və ya həmyaşıdları ilə həddindən artıq mübahisə

Qışqırmaq və.s müntəzəm emosional partlayışlar

Məntiqsiz düşüncə və davranış,

Təhdidlər,

İnsanlara və ya heyvanlara qarşı qəddar rəftar,

Cinayət fəaliyyəti,

Özünə zərər.

 

Valideynlər aqressiv yeniyetmələrə necə kömək etməlidirlər?

Valideynlər aqressiv davranan yeniyetmələrə kömək etdikdə bu, uzun müddət çəkə bilər. Nə qədər yorucu olsa da, uşağın düzgün inkişafı üçün çox vacibdir. Yeniyetmələr emosional yetkinlik və sabitlikdən məhrum olduqları üçün buna görə də onlara lazım olan kömək və istiqaməti vermək barədə, valideynlərinə çox etibar edirlər.

Valideynlərin övladlarını sevmək və dəstəkləmək üçün əllərindən gələni etmələri çox vacibdir, lakin onlar yeniyetmənin emosiyalarını və ya hərəkətlərini idarə edə bilməyəcəklərini nəzərə almalıdırlar. Buna nail olmaq üçün gəncə uyğun aşağıdakı davranışları həyata keçirə bilərsiniz:

Gənclər üçün yaradılan sərhədlər,  gənclərin aqressiv davranışının azalmasına, gətirib çıxara bilər. Aqressiv yeniyetmələr sonda nəticələri olan aydın qaydalara ehtiyac duyurlar. Sakit bir zamanda bu qaydaları və gözləntiləri təyin edin.

Uşağınızla danışın ki, bu qaydalar pozulduqda nə gözləyəcəklərini bilsinlər. Uşağınıza izah edin ki, bu qaydalar onu   zərərdən qorumağa kömək edir. Uşağınıza sevginizi ifadə edin. Hətta qəzəbli yeniyetmələr də valideynlərinin onları sevdiyini və qayğı göstərdiyini bilmək istəyirlər.

 

Hobbi tapmağa həvəsləndirmə

Hobbi həvəsləndirmələri yeniyetmələrə öz mənfi emosiyalarını idarə etməyə kömək olur.  Böyüklər uşaqlarını qəzəbdən çıxış yolu tapacaq hobbi ilə məşğul olmağa təşviq etməlidirlər..

 

Yaxşı nümunə qurmaq

Yaxşı nümunə göstərmək valideynlər üçün aqressiv yeniyetmələrlə məşğul olmaq üçün əlverişli yoldur. Uşaqlar həmişə valideynlərini təqlid edirlər. Uşağınız qəzəblənməyə başladığını hiss etdiyiniz zaman, sağlam və uyğun reaksiyalar verməyinizdən əmin olun.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir