Nezrin Cerullayeva 3

Yeniyetmələrlə sağlam ünsiyyət necə olmalıdır? – PSİXOLOQ YAZIR

Baxış sayı: 599

Yeniyetməlik dövründə övladınızla ünsiyyət qurmaq valideynlər üçün adətən çətin ola bilər. Çünki yeniyetməlik dövründə yeniyetmə, həyatındakı fiziolji, psixoloji və sosial dəyişiklikləri, valideynlər isə dəyişməkdə olan övladını anlamağa çalışır. Bu baxımdan yeniyetmələrlə ünsiyyətdə diqqət edilməsi vacib məqamlar var. Bunlardan biri də sağlam üsniyyətdir.

Ailə fərdlərinin bir birinə qarşı duyğularını və nə düşündüklərini ifadə edə bilməsi çox önəmlidir. Ailə içində hər kəsin fikirlərini bildirməsinə icazə vermək və onların düsüncələrinə hörmətlə yanaşmaq ünsiyyəti asanlaşdıran faktordur. Yalnız ananın və ya atanın fikirlərinin ön planda olduğu ailə mühitində sağlam ünsiyyətdən bəhs etmək düzgün olmaz.

Bəzən valideynlər övladları ilə daha yaxın ünsiyyət qurmaq üçün dost rolunda olmağa çalısır. Lakin yeniyetmənin bir çox dostu olub, tək ana və atası olur. Valideynlər dost olmaq uğrunda övladlarını ana və ata rolundan məhrum etməməlidir.

valideyn

Yaşından aslı olmayaraq bütün uşaqlar valideynləri tərəfindən sevilmək istəyir. Bir çox valideyn hər mənada özünü nümunəvi ailə olaraq bilməsinə baxmayaraq vacib bir məqamı gözardı edə bilər. Bu, sevgimizi yetəri qədər göstərmək məsələsidir. Xüsusi ilə bizim cəmiyyətdə bəzi atalar  sevgilərini göstərməkdən basqa yaxşı həyat yoldaşı atadır. Atası tərəfindən sevilmədiyini hiss edən yeniyetmənin ailəsi ilə görüşdükdə belə bir müdafiə mexanizmindən istifadə edilir: Məsələn, “Atası onu həqiqətən də çox sevir amma sevgisini göstərə bilmir” kimi. Valideynlərin digər bir yanılması isə “Övladımız bizim onu nə qədər çox sevdiyimizi bilir” düşüncəsidir. Halbuki yaşı neçə olmasından asılı olmayaraq hər bir fərdin sevildiyini hiss etməyə ehtiyacı var. Ailə fərdlərinin bir birinə olan sevgilərini və yaxınlığını həm söz həm də davranışları ilə göstərməsi çox vacibdir.

Yeniyetmələrlə sağlam ünsiyyətin başlıca xüsusiyyətləri: yaxşı dinləyici olmaq, onları anlamağa çalışmaq (empatiya qurmaq), sevginizi qarşılıqsız göstərmək, tutarlı davranmaq, nümunə olmaqdır.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir