kasib

Yoxsul və ac dünya: ehtiyac hər gün artır – ARAŞDIRMA

Baxış sayı: 352

1992-ci il dekabrın 22-də yoxsulluqla mübarizə ilə bağlı qəbul edilən qərarla Birləşmiş Millətlər Təşkilatı (BMT) 17 oktyabrı Ümumdünya Yoxsulluqla Mübarizə Günü elan etdi. Bu kontekstdə BMT, təşkil etdiyi tədbirlərlə beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etməyə çalışır.

 

Yoxsulluq səviyyəsi getdikcə artır

BMTİP-nin 2023-cü il Qlobal Yoxsulluq İndeksinə əsasən, 110 ölkədə yaşayan 6,1 milyard insanın 1,1 milyardı yoxsulluqla mübarizə aparır. BMTİP-in 2020-2023-cü illəri əhatə edən “Fəaliyyətsizliyin insani dəyəri” adlı hesabatındakı məlumatlar aşağı gəlirli ölkələrdə yoxsulluğun səviyyəsinin 2020-2023-cü illər arasında daha da artdığını aşkarlayıb. Bu o deməkdir ki, daha 165 milyon insan gündə 3,65 dollardan az pula qane olaraq yaşayır.

Aşağı gəlirli ölkələrdə yaşayan bu 165 milyon insanın ən yoxsul 20 faizi hələ Covid-19 epidemiyasının təsirindən qurtula bilməyib. Yoxsulluqla mübarizə aparanların demək olar ki, yarısı Afrikada yaşayır. BMTİP yoxsulluqla mübarizə aparan insanların yaşadığı regionların qeydə alınmasının və lazımi yardım mexanizmlərinin yaradılmasının vacib olduğunu vurğulayır.

Dünyadakı hər 6 yoxsul insandan 5-i Mərkəzi Afrika və ya Cənubi Asiyada yaşayır. Bölgələr üzrə bölgüyə nəzər saldıqda, Mərkəzi Afrikada yaşayanların 47,8 faizinin yoxsulluqla mübarizə apardığı halda, Cənubi Asiyada bu nisbətin 34,9 faiz olduğunu görmək olar.

Dünya Bankının məlumatına görə, Cənubi Asiya iqtisadiyyatının 2023-cü ildə 5,8 faiz artacağı gözlənilir. Bu artım tempinin epidemiyadan əvvəlkindən daha yavaş olduğu və inkişaf hədəflərinə çatmaq üçün kifayət etmədiyi qeyd edilir. “Cənubi Asiyanın İnkişaf Yeniləməsi: Daha Sürətli, Daha Təmiz İnkişafa Doğru” hesabatına görə, bu artımın 2024 və 2025-ci illərdə 5,6 faizə qədər yavaşlaması gözlənilir.

Bölgə iqtisadiyyatının böyük bir hissəsini öhdəsinə götürən Hindistan 2023-2024-cü illərdə 6,3 böyümə sürətinə sahib olsa da, turizm sektoru sayəsində Maldiv adalarının payının 2023-cü ildə 6,5 artacağı təxmin edilir.

 

Borclar sosial rifahın artmasına imkan vermir

Banqladeşin iqtisadi inkişaf tempinin 2024-cü ildə 5,6 faizə enəcəyi proqnozlaşdırılsa da, Pakistanda bu nisbətin yüzdə 1,7 olacağı gözlənilir. Cənubi Asiya və Sub-Sahara Afrikası xaricində, yoxsulluqla mübarizə aparanların 65 faizi Çin, İndoneziya, Myanma, Sudan və Yəməndədir.

BMT-nin İnkişaf Proqramının Administratoru Achim Steiner qeyd edib ki, bu ölkələrin yüksək borc səviyyəsi qeyri-adekvat sosial xərclər və yoxsulluq səviyyəsinin artması ilə əlaqələndirilə bilər. “Bu gün 46 ölkə, ümumi dövlət gəlirlərinin 10 faizindən çox xalis faiz ödənişləri ödəyir”, – Ştayner bildirib.

Borcların ölkələr üçün səhiyyə, təhsil və sosial müdafiə sahələrində əhalini qorumaqda getdikcə çətinləşdirdiyini bildirən Ştayner ehtiyacı olanlar üçün lazımi maliyyə strukturunun yaradılmasının vacibliyini vurğulayıb. “Son 3 ildə təhlükəsizlik şəbəkələrinə sərmayə qoya bilən ölkələr çox insanın yoxsulluq səviyyəsinə düşməsinin qarşısını ala biliblər”, – dedi Steiner.

BMTİP məlumat verdi ki, aşağı gəlirli ölkələr xalis faiz ödənişlərinə sosial yardımdan iki dəfə, səhiyyəyə isə 1,4 dəfə çox vəsait ayırırlar. Qeyd olunub ki, borclar bu ölkələrdə təhsil xərclərinin 60 faizini təşkil edir.

 

Yoxsulluğa qarşı mübarizədə atılan addımlar yetərli deyil

Dünya Bankının Cənubi Asiyada yoxsulluqla mübarizə üçün atdığı addımlara 2023-cü ildə regiona 10,1 milyard dollar yardım ayrılması daxildir. Bu yardım borcun idarə edilməsi, məşğulluq, sosial müdafiə, havanın çirklənməsi, iqlimə davamlılıq kimi məsələlər üzrə xərclənib.

Digər tərəfdən, 2030-cu ilə qədər yoxsulluğun aradan qaldırılması BMT-nin dünyanı qorumaq və rifahını təmin etmək üçün müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) sırasındadır. SDG yoxsulluğun qarşısını almaq üçün aşağı gəlirli ölkələri iqtisadi cəhətdən inkişaf etdirməyi hədəfləsə də, bunun ətraf mühitə zərər vermədən həyata keçirilməsinin vacibliyi vurğulanır.

BMTİP-in məlumatlarına görə, dünyada yoxsulluq nisbətinin artımını azaltmaq və gündə 3,65 dollardan az pulla yaşayan milyonlarla insanı yoxsulluqdan çıxarmaq 14 milyard dollardan bir qədər çox məbləğin, borcların ödənilməsinə, sosial ehtiyacların maliyyələşdirilməsinə ayrılması kimi addımlarla mümkündür.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir