Zumrud Haqverdiyeva

Bəs sən, necə böyüdüldüyünü bilirsənmi? – “SEANS VAXTI”

Baxış sayı: 386

Uşaqlığınızın necə keçdiyinin fərqində olmağınız önəmlidir. Daxilinizdə utanan bir uşaq varmı? Heç kim pislik olsun deyə, bilərəkdən  pis ana-ata olmaz. Elə zənn edir ki, o yaxşılıq edir, lakin pislik edir. Valideynlərin fərqində olmadan pisliklərin başda olanlarından biri də uşaqlarının utandıraraq böyüdülməsidir.

Öz uşaqlıq illərinizlə üzləşdinizmi? Uşaqlığınız haqqında yoldaşınızla müzakirə etdinizmi? Basdırılmış yönünüzü kəşf edib heç bu haqda müzakirə etdinizmi?  Əgər bu suallara “Bəli” deyərək cavabladınızsa, afərin sizə.

Utanmağın basqısından qurtulmaq üçün özümüzdə cəsarət tapıb, üzərində müzakirə etməliyik.  Utanc hissindən qurtulan şəxs, münasibətləri daha sağlam olur.

Utanc duyğusunu yaşayan şəxs, qorxu, hörmət, günahlandırma, qəzəb hissini yaşayır. Bu şəxslər digərlərini günahlandırar, özünü günahkar hiss edər, özünü dəyərsiz hiss edər.

Utanc duyğusundan əziyyət çəkən şəxs özü olmaqdan çəkinir, başqalarının gözlədiyi kimi görünməyə, geyinməyə, düşünməyə, davranmağa başlayır. Həmin şəxs getdikcə şiddət göstərməyə başlayır. Ailədaxili şiddət utanc duyğusundan qaynaqlanır.

Utanca boğulmuş yönlərinizi tanış olduqda yavaş-yavaş öz daxilinizə yol açmış olacaqsınız. Siz müstəqillik əldə etdikcə, hadisələrə daha sakit və gerçək dəyərləndirməyə, çərçivə yaradacaqsınız. Bu çərçivə sizi daha sakit və ümid dolu bir insan və valideyn halına çevirir.

Uşaqlıq illərinin fərqində olan, bugün necə bir yetişkin olduğunu daha yaxşı anlayır. Bugün necə bir yetişkin olduğunu başa düşən insan daha şüurlu və daha təsirli bir valideyn rolunu mənimsəyəcəkdir.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir