geyim

Baharın 10 cəlbedici trendi

Baxış sayı: 58

Hər il olduğu kimi, bu il də yaz ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən oxucuları 2024-cü ilin 10 yaz-yay trendi ilə tanış edir. Gəlin onları birlikdə nəzərdən keçirək…

 

Minimalist libaslar

90-cı illərin təmkinli və lakonik üslubu bu ilin ən aktual tendensiyalarından biridir. Buna görə də, minimalist paltarlar mövsüm trendlərinin ən ön sırasında yer alıb. Zövqünüzə uyğun uzunluq və üslub seçin: o, “Ferragamo”nun yarıqlı və qısa, yaxud da “Coperni”nin bədən quruluşunu vurğulayan universal straplez midi modeli kimi ola bilər. Əsas odur ki, rənglər sakit, dekor isə minimum olsun.

 

Ağ idman ayaqqabıları

Yaz qarderobunu idman ayaqqabılarsız təsəvvür edə bilmərik. Üstəlik, isti mövsüm üçün ən universal seçim ağ idman ayaqqabısı olacaq. Retro üslubda lakonik modellər, klassik tennis idman ayaqqabısı və ya “Celine” kolleksiyasındakı kimi, qalın altlıqlı modellər ola bilər. Zövqünüzə uyğun istənilən variantı seçin. Yüngül və tamamilə neytral rəng sayəsində ağ idman ayaqqabıları sözün əsl mənasında hər hansı bir geyimə asanlıqla uyğunlaşacaq. Onlar həm zolaqlı idman şalvarları, həm kostyumlar, həm də romantik paltarla eyni dərəcədə yaxşı görünəcək.

 

İri bazar çantaları

Praktikliyi və ciddi üslubu özündə birləşdirən digər trend böyük çantalardır. Belə bir çanta işgüzar xanımlar üçün əsl qurtuluş olacaq. Bir dəst ilə ofisə, bir neçə vacib görüşə və axşam məşqə getməlisinizsə, iri çantalar onların hamısı ilə uyğunlaşa bilər. Çantanın istənilən görünüşə uyğun olmasını təmin etmək üçün hamar dəridən hazırlanmış modelləri seçin.

 

Hündürbel cinslər

2000-ci illərin estetikasının hökmranlığından sonra yüksək belli cins şalvarlar yenidən trendə qayıtdı. Vizual olaraq bədən formalarını daha ölçülü göstərir, ayaqları uzadır və əyinə çox gözəl otururlar. Xüsusilə, geniş ayaqlı modelləri qarderobunuz üçün əlverişli sərmayə olacaq.

 

Pastel tonlar

Klassik rəng palitrası sizə çox darıxdırıcı görünürsə və təpədən dırnağa dəbli şərab, zümrüd və tünd mavi kimi rənglərdə geyinməyə hazır deyilsinizsə, təmkinli pastel çalarları ideal uzlaşma olacaq. Onları bir-biri ilə və ya daha parlaq çalarlarla birləşdirə bilərsiniz.

 

Klassik kişi şalvarları

Enli və klassik şalvarlar moda səhnəsini tərk etməyə hazırlaşmır. Keçən payızda dar kəsim “siqaret” şalvarlar onları trenddən çıxarmağa çalışsa da, yazda geniş modellər yenidən üstünlük qazanıb. Proporsiyaları qorumaq üçün onları qısa və dar mayka və köynəklərlə birləşdirin.

 

Düyməli kardiqanlar

Qışın hündür boyunlu sviterlərindən çox yorulmusunuzsa, bu yaz onları trikotaj kardiqanlarla əvəz etməyi təklif edirik. “Carolina Herrera”dakı kimi, qısa və dar versiyalarına, yaxud da ” Loewe” kimi, boş modellərə nəzər sala bilərsiniz. Zövqünüzə uyğun istənilən jaketi seçin. Onları sözün əsl mənasında istənilən “altla” birləşdirə bilərsiniz, krujevalı yubkadan tutmuş “oversize” cins şalvarlara qədər.

 

Midi yubkarlar

Zaman keçir, dəb cərəyanları dəyişir, lakin yubkalarda ən universal və praktik uzunluq midi olaraq qalır. Bu mövsüm həqiqətən çeşidlər boldur, sərt karandaş yubkalar, “Bottega Veneta”dakı kimi, A kəsim modellər və “Altuzarra” kimi, ətəyi volanlı və krujevalı versiyalar. Bu midi yubkalar ofis, görüş və ya teatra gedərkən əlinizdən tutacaq, bir sözlə, qarderobunuzda mütləq olmalıdır.

 

Baletkalar

Chanel весна-лето 2024

Bu yaz-yay mövsümünün əsas hiti “Chanel”dəki “Mary-Jane” balet ayaqqabıları olacaq. Kəmərli qayış təkcə dekorativ deyil, həm də praktik funksiyaya malikdir: o, əlavə olaraq ayağı bərkidir ki, bu da onları klassik baletkalardan daha rahat edir. Belə bir cüt hətta ən sadə geyimə yeni çalar bəxş edəcək və ona fransız zərifliyi əlavə edəcək.

 

Şəffaf detallar

Bu mövsümün əsas tendensiyalarından biri şəffaflıqdır. Əgər “Alaïa” kolleksiyasındakı kimi dəbdə olan çəffaf ətəklər və paltarlar geyinməyə hazır deyilsinizsə, görünüşünüzə şəffaf detallar əlavə etməyə çalışın. Məsələn, “Anteprima” kolleksiyasında olduğu kimi, rəngli trikotaj üzərindən şəffaf əlavə geyinmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir