kishi

Bu ölkədə kişilər “gəlin” köçür – FOTOLAR

Baxış sayı: 2. 225

Sumatra yaşıllıq baxımından çox zəngin və bol gölə sahib bir yerdir. Buna görə bolluq və bərəkətin mərkəzi hesab edilir. Dünyanın ən bahalı qəhvəsi buradadır və qəhvə burda əsas yemək qaynağı hesab edilir.

Kopi Luvak adlanan ən bahalı qəhvənin istehsalı da çox qəribədir. 100 qramı 100 dollar dəyərində olan bu qəhvə Misir pişiyinin nəcisindən hazırlanır. Misir pişiyi qəhvə çəyirdəklərini yeyərək xaricə çıxarır. İnsanlar isə onun nəcisini toplayaraq qovururlar.  Nəcisdən hazırlansa da, deyilənə görə, bu qəhvə inanılmaz gözəl dada sahibdir.

Sumatra adasının digər ənənələrindən biri də hər il təşkil edilən inək yarışlarıdır. Bu yarışma Cənub Şərqi Asiyanın sevimlisi hesab edilir.

Sumatra qəhvənin pişik nəcisindən hazırlanmasıyla yanaşı, qeyri-adi ailə qaydalarına görə də fərqlənir.

Bu adada yaşayan 4,5 milyon əhali matriarxal – evlərin qadınlara aid olduğu, kökün anadan irəlilədiyi, kişinin evləndikdən sonra qadın evinə köçdüyü bir ənənəyə sahibdir. Evlənən kişilər qızın evinə gedir, onu soyadını götürür. Arvadı tərəfindən küçəyə atılan kişilər sığınacaqlarda yaşayırlar.

Kişilər qadın hegemonluğu altında yaşayırlar. Qadınlar hər yerdə, hər sahədə hegemon və rahatdır. İndoneziyanın islam dini ilə tanış olan ilk əhalisi sayılan Qərbi Sumatrada qadınlar kişilərə hökmranlıq edir.

Arvadı tərəfindən küçəyə atılan, heç bir işi olmayan, acınacaqlı halda olan kişilər məscidlərdə, sığınacaqlarda yaşayırlar. Arvadı ölən kişilər isə ömrünün sonuna kimi küçədə yaşamalı olur.

kisi

er__3__3c71b3b92feaf899733d1d6f784a3a3a




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir