zumrud haqverdiyeva

Empatiya hissini uşağa necə yaratmaq olar? – “SEANS VAXTI”

Baxış sayı: 444

Empatiya, başqalarına qayğı göstərməyin, şəfqət hisslərinin əsasını təşkil edir. Tədqiqatlar göstərir ki, stress beynimizin emosiyaların idarə olunması və özünü idarə etməkdən məsul olan prefrontal korteksinə mənfi təsir göstərir. Stress altında olan bir fərd üçün öz duyğularını və davranışlarını anlamaq və tənzimləmək nə qədər çətindirsə, başqalarının hisslərini və ehtiyaclarını dərk etmək bir o qədər çətindir. .

Bacarıq, davranış və hətta istedadı inkişaf etdirmək çox səy tələb edir.  Empatiya, problem həll etmək və emosiyaları idarə etmək kimi bacarıqlar bir neçə cəhddən sonra dərhal formalaşmayacaq. Bu bacarıqları nümayiş etdirmək üçün uşaqlarımıza nə qədər çox  imkanlar yaratsaq, onların sosial-emosional bacarığı bir o qədər güclü olar.  uşaqlarda empatiya və şəfqət bacarıqlarını inkişaf etdirmək yollar:

Mükafat! Uşaqlara xeyirxahlıqlarına görə mükafat vermək. Bu zaman o, başqalarına kömək etməkdənsə, başqalarının razılığını almaq üçün bu davranışı sərgiləməyi öyrənir və bu yolla heç bir xarici qüvvə olmadığı zaman kömək etmə davranışını göstərməməyi seçə bilir.

Uşaqların empatiya və şəfqət göstərmək qabiliyyətinə malik olduğunu qəbul edin. Gündəlik həyatda fürsətlərdən istifadə edin. Uşağınız başqa bir uşağa zərər verəcək bir şey edərsə, onu dərhal danlamaq əvəzinə, ona digər uşağın hisslərini başa düşməyə kömək edin .

Başqalarına kömək etmək üçün imkanlar yaradın və başqalarına kömək etməyin müsbət tərəfləri haqqında danışın.

Uşaqlar kömək etməyi sevirlər. Evdə, məktəbdə, məhəllədə kömək edə biləcəkləri fürsətləri qaçırmayın. Daha sonra necə hiss etdiyi barədə danışın, onun müsbət hisslərini qiymətləndirin. Tənqidi azaldın. Valideynlərin razılığı hər bir uşaq üçün çox vacibdir. Səhvlərə münasibətiniz ona sözlərlə söylədiklərinizdən daha çox öyrədəcək.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir