GEYIM

Həmişə dəbdə olan geyimlər

Baxış sayı: 420

Elə geyimlər var ki, əbədi olaraq dəbdə olan geyimlər hesab olunur. Məsələn,  ətəyi üst-üstə olan donlar, ağ köynəklər və düz cins şalvarlar hər zaman trend olacaq paltarlardır.

Yəni bu geyimləri istənilən mövsümdə, zamanda geyinmək sizin dəbli görünməyinizə kömək edəcək.

Modelyerlərin fikrincə, bu qarderob əşyaları universaldır və aktuallığını itirməyəcək.

Həmçinin, diz boyu A formalı ətəklər və trençkotlar istənilən şərait üçün geyilə bilənlər sırasındadır. Bildirilir ki, bu paltarlar da heç vaxt köhnəlməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir