yemeye ne var

Paxla salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 584

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə paxla salatının hazırlanma qaydasını təqdim edəcəyik.

 

Tərkibi:

2 stəkan quru paxla

2 soğan

1 ç.q. şəkər tozu

2 stəkan zeytun yağı

1 limon

4 stəkan su

Cəfəri, duz, istiot

paxla salati

Hazırlanması:

Paxlaları axşamdan isladın. Soğanları sürtgəcdən keçirib zeytun yağında bir az saralana qədər qızardın. Üstünə 4 stəkan su əlavə edib qaynadın. Sonra suyu süzülmüş paxlalar, şəkər tozu, duz əlavə edin və xəmir halına gələnə qədər bişirin. Bişəndən sonra aşsüzəndən süzün. Üstünə zeytun yağı və limon suyu gəzdirin.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir